Bakı Limanı Xəzərin qərb sahilində Avropaya açılan yeganə qapı və liman olaraq böyük inkişaf potensialına malikdir VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
Bakı Limanı Xəzər dənizinin qərb sahilində Avropaya açılan yeganə qapı və liman olaraq böyük inkişaf potensialına malikdir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Çinin "Lyanyunqan" limanının xarici əlaqələr üzrə vitse-prezidenti Jiang Vei deyib.
O qeyd edib ki, 2018-ci ilin ortalarından etibarən "Lyanyunqan" və Bakı arasında çox sıx tərəfdaşlıq əlaqələri qurulub. 2024-cü ildə Trans-Xəzər daşımaları haqqında çərçivə sazişi imzaladıq, 2025-ci ildə isə əməkdaşlığı daha da dərinləşdirərək ətraflı danışıqlar apardıq.
"Biz "Azərbaycan Dəmir Yolları" QSC və Bakı Limanı ilə əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu gün QSC-nin sədri Rövşən Rüstəmovla görüşdüm və biz müvafiq məsələləri ətraflı müzakirə etdik", - deyə Jiang Vei əlavə edib.
Video - Ceyhun Mustafayev
Foto - Tofiq Babayev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:18]
Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]