Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bakı, 10 oktyabr, AZƏRTAC

Milli Məclisin deputatları, bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə məktubla müraciət ediblər.

AZƏRTAC müraciətin mətnini təqdim edir:

Hörmətli Senatorlar və Nümayəndələr Palatasının üzvləri!

Biz, Azərbaycan Respublikası Milli Məclisinin və qeyri-hökumət təşkilatlarının üzvləri, Sizə Azərbaycanla bağlı 5 oktyabr 2026-cı il tarixli məktubunuza cavab olaraq müraciət edirik. Biz Amerika Birləşmiş Ştatları Konqresi ilə dialoqa böyük əhəmiyyət verir və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təmin olunması məqsədini bölüşürük. Bununla belə, hesab edirik ki, məktubunuzda əksini tapan bir sıra müddəalar mühüm tarixi və hüquqi konteksti nəzərə almır və ABŞ-nin diplomatik səyləri nəticəsində əldə edilmiş irəliləyişi çətinləşdirmək riski daşıyır.

Azərbaycan otuz ildən artıq müddətdə münaqişə və beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin işğalının nəticələri ilə üzləşib. 20 mindən çox azərbaycanlı qətlə yetirilib, bir milyondan artıq insan Ermənistandan və Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərindən didərgin düşüb. İtkin düşmüş 4010 azərbaycanlının taleyi hələ də məlum deyil. 613 mülki şəxsin həlak olduğu Xocalı qətliamı, eləcə də kəndlərin və şəhərlərin, dini məkanların və mədəni irs nümunələrinin dağıdılması milli tariximizin ən ağrılı səhifələrindəndir. Münaqişəyə dair istənilən qiymətləndirmə prosesində bu reallıqlar nəzərə alınmalıdır.

Minalar və partlamamış hərbi sursatlar insanların həyatını təhlükə altında qoymağa, həmçinin bərpa işlərinə və didərgin düşmüş ailələrin təhlükəsiz qayıdışına mane olmağa davam edir. Azərbaycanın qiymətləndirməsinə əsasən, ölkə ərazisinin təqribən 13 faizində 1,5 milyona yaxın mina basdırılıb. 2020-ci ildən bəri mina və digər sursatların partlaması nəticəsində 440-dan çox Azərbaycan vətəndaşı zərər çəkib. Bu baxımdan Konqresi humanitar minatəmizləmə fəaliyyətinə, habelə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə, o cümlədən mümkün dəfn yerləri və taleyi naməlum qalan şəxslər barədə məlumatların əldə edilməsinin zəruriliyinə davamlı diqqət yetirməyə çağırırıq.

Mövcud çətinliklərə baxmayaraq, Prezident İlham Əliyev sülhün təmin olunmasına, münasibətlərin normallaşdırılmasına və regional iqtisadi inteqrasiyaya yönəlmiş strateji xətt yürüdüb. Azərbaycan sülh sazişinin hazırlanması təşəbbüsünü irəli sürüb və Ermənistan tərəfinə sazişin layihəsini təqdim edib. Biz Prezident Donald Trampın bu prosesin irəlilədilməsində mühüm rolunu qəbul edir və yüksək qiymətləndiririk.

2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammiti mühüm diplomatik mərhələ olub. Prezident Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamə və “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişin paraflanması praktiki əməkdaşlıq üçün yeni imkanlar açıb. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı da daxil olmaqla, ticarət əlaqələri qurulub. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) isə regional nəqliyyat və kommunikasiya əlaqələrinin möhkəmləndirilməsi üçün perspektivlər açır. Bütün bunlar, eyni zamanda, ABŞ-Azərbaycan strateji tərəfdaşlığının daha da gücləndirilməsi üçün əlverişli zəmin yaradır.

Milli Məclisin və qeyri-hökumət təşkilatlarının üzvləri olaraq, biz bu sülh gündəliyini dəstəkləyir və hesab edirik ki, Konqres əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsində konstruktiv rol oynaya bilər.

Sizin məktubunuzda saxlanılan bəzi şəxslər “siyasi və hərbi liderlər” kimi təqdim olunur. Bu ifadələr reallığı əks etdirmir. Həmin şəxslər Azərbaycanın suveren ərazisində Ermənistan tərəfindən yaradılmış qanunsuz separatçı qurumda yüksək vəzifələr tutublar və müharibə cinayətləri də daxil olmaqla, ağır cinayətlərə görə mühakimə olunublar. Məhkəmə proseslərində təqsirləndirilən şəxslərin müdafiə hüququ təmin edilib, hökm çıxarılmazdan əvvəl isə sübutlar və şahid ifadələri araşdırılıb. Konqresin ədalətli məhkəmə araşdırması prinsipinə verdiyi əhəmiyyəti bölüşürük. Eyni zamanda, Azərbaycanın suverenliyinə və məhkəmə institutlarına münasibətdə də digər dövlətlərə göstərilən yanaşmaya uyğun hörmətin nümayiş etdirilməsinin vacibliyini vurğulayırıq.

Bununla yanaşı, təxminən 241 km² ərazinin guya Azərbaycanın işğalı altında olan Ermənistan ərazisi kimi təqdim edilməsinə etiraz edirik. Azərbaycan Ermənistanın suverenliyini və ərazi bütövlüyünü tanıyır. İki ölkə arasındakı beynəlxalq sərhədin ayrı-ayrı hissələri üzrə dəqiq xəttin müəyyənləşdirilməsi ikitərəfli delimitasiya və demarkasiya prosesinin predmetidir. Hesab edirik ki, bu məsələlər nəticəni əvvəlcədən müəyyənləşdirən birtərəfli qiymətləndimələr əsasında deyil, mövcud mexanizmlər çərçivəsində həll olunmalıdır.

Konqres mədəni irs məsələsində etibarlı və prinsipial yanaşma zamanı əvvəllər işğal altında olmuş ərazilərdə və Ermənistanda Azərbaycan məscidlərinin, qəbiristanlıqlarının, ziyarətgahlarının və tarixi abidələrinin dağıdılmasını və təhqir olunmasını da nəzərə almalıdır. Dini və mədəni irsin qorunması universal prinsipə əsaslanmalı, ayrı-seçkiliyə və seçici yanaşmaya yol verilməməlidir.

Konqresi, həmçinin “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinin tam ləğvini nəzərdən keçirməyə çağırırıq. 907-ci maddə artıq tarixi şəraiti, mövcud geosiyasi reallıqları və Azərbaycan–Ermənistan münasibətlərinin hazırkı vəziyyətini əks etdirmir. Onun tətbiqinin dayandırıldığı hallarda belə, bu maddə ikitərəfli tərəfdaşlığımızın bütün potensialının reallaşdırılmasına maneə olaraq qalır. Maddənin ləğvi regional sülh prosesinə və ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələnin başlanmasına Konqresin dəstəyini ifadə edən əhəmiyyətli mesaj olardı.

Bu, ABŞ-nin ikipartiyalı siyasi rəhbərliyi üçün bir fürsətdir. Azərbaycanla Ermənistan arasında sülh Vaşinqtonda partiyalararası mübahisə predmetinə çevrilməməlidir. Əksinə, bu, regional sabitliyi, iqtisadi imkanları və ABŞ-nin maraqlarını irəli aparan diplomatik nailiyyət kimi qiymətləndirilməlidir. Məhz ikipartiyalı yanaşma ABŞ administrasiyalarına ölkəmizlə onilliklər ərzində davam edən tərəfdaşlıq qurmağa, ölkənizin əsas siyasət prioritetlərinə, o cümlədən sülhməramlı əməliyyatlara Azərbaycanın dəstəyindən faydalanmağa imkan verib.

Azərbaycan və Ermənistan humanitar, hüquqi, siyasi və praktiki xarakterli həllini gözləyən məsələləri birbaşa ikitərəfli dialoq vasitəsilə həll etməyə sadiq olduqlarını bəyan ediblər. Xarici tərəfdaşlar bu prosesi dəstəkləməklə və hər iki tərəf üçün məqbul həll yollarını təşviq etməklə ən yaxşı şəkildə yardım göstərə bilərlər.

Regionumuz böyük əzab və iztirablardan keçib, lakin indi fərqli gələcək qurmaq üçün real imkan yaranıb. Vaşinqton Sammitindən sonra əldə olunmuş irəliləyişin möhkəmləndirilməsi, Azərbaycan–ABŞ münasibətlərinin gücləndirilməsi və Cənubi Qafqazda davamlı sülhün təmin olunması naminə sizi əməkdaşlığa dəvət edirik.

Hörmətlə,

Azərbaycan Respublikası Milli Məclisinin üzvləri:

1. Məmmədov Qaya

2. Yıldırım Fatma

3. Vəliyev Samir

4. Rüstəmxanlı Tənzilə

5. Rəhimzadə Vüqar

6. Oruc Zahid

7. Nurullayev Razi

8. Məsimli Əli

9. Məmmədov Elman

10. Məhərrəmov Bəhruz

11. Musayev Elşən

12. Mustafa Fazil

13. Musabəyov Rasim

14. Musayev Elşad

15. Mollazadə Asim

16. Mirzəzadə Aydın

17. Mirzəbəyli Elçin

18. Mahmudov Rəşad

19. Qurbanov Sadiq

20. Qurbanov Eyvaz

21. Qurbanlı Mübariz

22. Qafarov Vasif

23. Həsənquliyev Qüdrət

24. Həmzəyev Naqif

25. Əliyeva Jalə

26. Əli-Zadə Arzuxan

27. Cəfərova Tamam

28. Vəliyeva Mehriban

29. Xasayeva Səbinə

30. Hacıyev Sabir

Qeyri-hökumət təşkilatlarının üzvləri:

1. Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri

2. Əmir Əliyev – “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədri

3. Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri

4. Zaur Məmmədov – Bakı Politoloqlar Klubunun sədri

5. Rey Qasımov – “Azərbaycanda Mina Qurbanlarının Assosiasiyası” İctimai Birliyinin sədri

6. Hafiz Səfixanov – “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri

7. Zaur İbrahimli – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

8. Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri

9. Ayaz Mirzəyev – “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri

10. Umud Rəhimoğlu – Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri

11. Sevinc Əlizadə – “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır