Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Böyük Bakının Regional İnkişaf Planı” layihəsinin təqdimatı keçirilmişdir VİDEO

Bakı, 15 may (AZƏRTAC). Mayın 15-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Böyük Bakının Regional İnkişaf Planı” (sxemi) layihəsinin təqdimatı olmuşdur.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov təqdim olunan bu nəhəng layihənin respublikanın tarixində ilk dəfə hazırlandığını vurğulamışdır.

Komitənin sədri Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son 10 ildə paytaxtda şəhərsalma və memarlıq sahəsində həyata keçirilən quruculuq işləri ilə bağlı geniş məlumat vermişdir.

Bildirilmişdir ki, bu dövrdə avtomobillərin sayının artması ilə əlaqədar Abşeron rayonu ərazisində magistral avtomobil yolları salınmış, Salyan şosesi, Heydər Əliyev prospekti, Böyükşor yolu və digər yollar genişləndirilmiş və həmin ərazilərdə abadlaşdırma işləri aparılmışdır. Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir edən bir sıra iri sənaye müəssisələri şəhər kənarına çıxarılmışdır və bu proses davam edəcəkdir.

Qeyd olunmuşdur ki, hazırda paytaxtın inkişafı, abadlaşdırılması, tarixi abidələrimizin bərpası ilə bağlı ciddi işlər aparılır. Təhsil və səhiyyə obyektlərinin çatışmazlığı problemləri demək olar ki, aradan qaldırılmışdır. Bütün bu işlər Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılmışdır. Son 10 ildə ölkəmizdə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 400-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir.

Diqqətə çatdırılmışdır ki, dövlətimizin başçısının tövsiyəsi ilə gələcəkdə şəhərin mərkəzi hissəsində yaşayış yerlərinin tikintisini məhdudlaşdırmaq, abadlaşdırma işlərini, xüsusilə də yaşıllaşdırmanı artırmaq və şəhərin zəruri infrastrukturunu inkişaf etdirmək nəzərdə tutulmuşdur.

Tədbirdə çıxış edən Dünya Bankının Qafqaz ofisinin nümayəndəsi Əhməd Aveyda bu beynəlxalq qurumun maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin əhəmiyyətindən bəhs etmiş, onun Azərbaycanın iqtisadi inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə etmişdir. Vurğulanmışdır ki, son illər Azərbaycan böyük sürətlə inkişaf edir və bu tərəqqinin nəticələri göz önündədir.

Təqdim edilən konseptual sxem isə Böyük Bakının ərazisində şəhərsalmanın yüksək səviyyədə idarə olunmasına xidmət edəcəkdir.

Layihənin koordinatoru olan Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov sənədi təqdim etmiş və Böyük Bakı regionunun mövcud vəziyyəti, şəhərin inkişafının əsas istiqamətlərindən danışmışdır.

Vurğulanmışdır ki, layihənin əsas məqsədlərindən biri də Bakı şəhərinin nümunəvi meqapolisə çevrilməsidir. Odur ki, bu istiqamətdə kompleks tədbirlər həyata keçirilməlidir. Bakının özündə tarixən formalaşmış mərkəzi hissənin maksimum qorunub saxlanması, eyni zamanda, sosial-iqtisadi və ekoloji sağlamlaşdırma tədbirləri nəzərdə tutulmuşdur.

İ.İsbatov həmçinin Böyük Bakının inkişaf planına dair “Mövcud vəziyyətin tədqiqatı və təhlili”, “Sosial prioritetlər və prinsiplər”, “Nəqliyyat və mühəndis kommunikasiyaları infrastrukturu” və digər mövzularda məruzə etmiş, iqtisadi inkişafın əsas istiqamətlərini göstərmişdir.

Ümumilikdə isə “Böyük Bakının Regional İnkişaf Planı”nın həyata keçirilməsi üçün 140 milyard manata yaxın vəsaitin tələb olunduğu bildirilmişdir. Bu maliyyə vəsaiti sosial tələbatlara, şəhərin yükünün azaldılmasına, nəqliyyat infrastrukturuna, ekoloji və biznes layihələrinə və kommunal infrastrukturuna ayrılacaqdır.

2030-cu ilədək həyata keçiriləcək layihə Bakı şəhərinin və Abşeron rayonunun bir hissəsini, eləcə də Sumqayıt şəhərini əhatə edir.

Tədbirdə çıxış edən memar və mütəxəssislər müasir elmi əsaslarla hazırlanmış, qabaqcıl texnologiyalara malik peşəkar və geniş inkişaf planını yüksək qiymətləndirmişlər.

“Böyük Bakının Regional İnkişaf Planı” layihəsinin təqdimatı keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapdı

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür