İQTİSADİYYAT
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaqdır VİDEO
Bakı, 27 may (AZƏRTAC). Mayın 27-də respublikanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaqdır.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qaz ölçü qovşaqlarında görüləcək işlərlə əlaqədar bu gün saat 15:00-dək Lənkəran rayonunun bir hissəsinə, qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 12:00-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsinin bir hissəsinə, saat 14:00-dək İsmayıllı rayonunun bir hissəsinə, 300 millimetrlik siyirtmənin dəyişdirilməsi və 500 millimetrlik “Böyükşor-Modul-30-cu sahə” qazpaylayıcı stansiyasına gedən qolun üzərində baypas xəttinin quraşdırılması, qaznəqli sistemində daxili tənzimləmə işlərinin aparılması, “Siyəzən-1” qazpaylayıcı stansiyasına gələn 325 millimetrlik orta təzyiqli qaz kəmərində təmir işlərinin görülməsi, qazpaylayıcı stansiyalarda ölçü qovşaqlarının və qaztənzimləyicilərin quraşdırılması, qaznəqli sistemində yenidənqurma işlərinin aparılması, Dağ Kəsəmən və Yenigün kəndlərində istismar müddəti başa çatmış qaztənzimləyici qurğuların əvəz olunması, təmir-bərpa və qaz xətləri üzərində quraşdırılmış avadanlıqların təmir-təftiş olunması ilə əlaqədar saat 18:00-dək Bakının Nizami rayonuna, Biləsuvar, Siyəzən, Xaçmaz, Göyçay, Ağdaş, Samux və Ağstafa rayonlarının bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaqdır.