İQTİSADİYYAT
“28 May” metro stansiyasının yaxınlığında tikiləcək yeni tunelin layihəsi artıq təsdiq olunma mərhələsindədir VİDEO
Bakı, 9 iyun (AZƏRTAC). “28 May” metro stansiyasının yaxınlığında tikiləcək yeni tunelin layihəsi artıq təsdiq olunma mərhələsindədir.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda layihə üzrə bəzi detalların dəqiqləşdirilməsi işləri aparılır.
Yeni tunel “Xətai”-“Azadlıq prospekti” xəttini “İçərişəhər”–“Həzi Aslanov” xəttindən ayırmaqla, hər iki marşrutun sərbəst hərəkətini təmin edəcəkdir. Tunel istifadəyə verildikdən sonra “Dərnəgül” metro stansiyasından “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “Nizami” stansiyasından sonra “28 May” stansiyasına daxil olmayacaqdır. Qatar “Nizami” stansiyasına az qalmış yeni tunellə “Cəfər Cabbarlı” stansiyasına daxil olacaq və oradan isə “Xətai” stansiyası istiqamətində hərəkət edəcəkdir.