CƏMİYYƏT


“ASAN xidmət”ə iki milyonuncu vətəndaş müraciət etmişdir VİDEO

Bakı, 25 iyun (AZƏRTAC). İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinə iki milyonuncu müraciət daxil olmuşdur.

Xatırladaq ki, ilk - 1 saylı Bakı “ASAN xidmət” mərkəzi 2013-cü il yanvarın 15-də fəaliyyətə başlamışdır.

Hazırda altı “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan dördü paytaxt Bakı şəhərində, digər ikisi isə Sumqayıt və Gəncə şəhərindədir.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş avtobuslar 2013-cü il iyunun 1-dən etibarən səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.

Ötən il ərzində 37 rayonun 60 min sakininə səyyar “ASAN xidmət” göstərilmişdir. Cari ilin dekabr ayınadək 41 rayonun sakininə səyyar formada xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.