Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsrailin beynəlxalq 24-cü xəbər kanalında Azərbaycanın müasir inkişafı haqqında veriliş yayımlanıb VİDEO

Bakı, 10 mart, AZƏRTAC

İsrailin eyni vaxtda ingilis və fransız dillərində yayımlanan beynəlxalq 24-cü xəbər kanalında Azərbaycanın müasir inkişafına həsr olunmuş veriliş göstərilib (ingilis dilində: http://www.i24news.tv/en/mobile#replay/61/4100952839001 və fransız dilində: http://www.i24news.tv/fr/tv/revoir/focus-fr/4095248320001).

İsrailin beynəlxalq xəbər kanalının jurnalistləri “Fokus” verilişində Xocalı soyqırımından söz açıblar. Bildirilib ki, yüz minlərlə azərbaycanlı 23 il əvvəl Azərbaycanın Xocalı şəhərində törədilmiş kütləvi qırğının qurbanlarının xatirəsini anmaq üçün Bakıdakı Xocalı meydanına toplaşıb. Reportajda deyilir ki, iki ölkə arasında münaqişə 1992-ci ildə sərt və amansız qarşıdurma həddinə çatıb. Erməni silahlı qüvvələri tərəfindən mühasirəyə alınan Azərbaycanın Xocalı şəhəri ətraf aləmdən təcrid olunub. İsrailli jurnalistlər bildiriblər ki, qorxu və dəhşət içində olan dinc əhali, o cümlədən qadınlar, qocalar və uşaqlar erməni silahlı birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Beynəlxalq 24-cü xəbər kanalının jurnalistləri Xocalıda soyqırımı aktı ilə bağlı Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova müraciət ediblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi müsahibəsində bildirib ki, Azərbaycan dövləti 23 ildir dünya birliyinə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımından danışır. Ə.Həsənov deyib: “Biz Azərbaycan xalqına qarşı kimin soyqırımı törətdiyini yaxşı bilirik. Biz Xocalıda kütləvi qırğın haqqında əsl həqiqəti dünya birliyinə çatdırmağa hazırıq və çatdırırıq. Faktlar təsdiq edir ki, Xocalının mülki əhalisi yalnız azərbaycanlı olduqları üçün kütləvi şəkildə məhv edilib. Erməni silahlı birləşmələrinin vəhşiliyi və barbarlığı nəticəsində 613 adam qətlə yetirilib, 487 adam şikəst olub, 1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar, qadınlar əsir düşüb, misli görünməmiş işgəncələrə, təhqir və həqarətlərə məruz qalıblar. Sadəcə, bu insanlar erməni silahlı birləşmələrinin vəhşiliyindən xilas ola bilməyiblər”.

Ermənistan-Azərbaycan münaqişəsinin həllinin siyasi perspektivlərindən söz açan Əli Həsənov vurğulayıb ki, Cənubi Qafqazda sülh və sabitliyi bərqərar etmək üçün Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətini dayandırmaq, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrini çıxarmaq, Azərbaycan ilə sülh münasibətləri qurmaq lazımdır. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi deyib: “Ölkəmiz bütün qonşu ölkələr, o cümlədən Ermənistan ilə beynəlxalq hüquq normalarına söykənən əməkdaşlığa hazırdır. Azərbaycan ATƏT-in Minsk qrupunun bütün təkliflərini, o cümlədən münaqişənin sülh yolu ilə istər paket, istərsə də mərhələli həlli variantlarını qəbul etməyə hazır olub. Lakin Ermənistan Respublikası bu nizamasalma variantlarından heç birini qəbul etməyib”.

Tovuz rayonunun Əlibəyli kəndində olan israilli jurnalistlər Azərbaycan ilə Ermənistan arasındakı çox təhlükəli və qorxulu vəziyyətdən söz açıblar. Tovuz Rayon İcra Hakimiyyətinin Əlibəyli kəndindəki nümayəndəsi Valeh Rzayev İsrail kanalına müsahibəsində təcavüzkar Ermənistan tərəfindən daim atəşə tutulan kənd sakinlərinin ağır həyatı üzərində ətraflı dayanıb: “Burada normal yaşamaq çox çətindir. Uşaqlar və qocalar təcavüzkar Ermənistan tərəfindən daim atəşə tutulur. Azərbaycan rəhbərliyi, dövlətimizin başçısı Ermənistan ilə problemi sülh yolu ilə həll etməyə çalışır. Lakin bu məsələ sülh yolu ilə həll edilməsə, biz ərazilərimizi hərbi yolla da işğaldan azad etməyə həmişə hazırıq”.

Sonra İsrail kanalının jurnalistləri Azərbaycan-İsrail münasibətlərinin əhəmiyyəti üzərində dayanıblar. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz bildirib ki, İsrailin Azərbaycan ilə çox etibarlı və dərin qarşılıqlı münasibətləri var. Səfir deyib: “Bu münasibətlər bir çox sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanda yəhudilər arxayın yaşayır, burada yəhudilərin tarixi qədimdir və 20 minlik yəhudi icması mövcuddur. Azərbaycanda heç vaxt antisemitizm və İsrailə qarşı nifrət hissi olmayıb. Bu da unikal nümunədir. Burada yəhudilərə münasibətdə əsl dini və milli tolerantlıq hökm sürür. Bizim siyasi əlaqələrimiz yetərincə sıxdır. İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. Azərbaycan neft yataqlarının işlənməsi sahəsindəki təcrübəsini İsrail ilə bölüşməyə hazırdır. Energetika sektoru ilə bərabər, qalan sahələri, o cümlədən turizmi, telekommunikasiya sektorunu, təbabəti, kənd təsərrüfatını, su resurslarını inkişaf etdiririk”.

Jurnalistlər verilişdə Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən söz açıblar. Bildirilib ki, Azərbaycanda uzun illərdir aşkenazi və dağ yəhudiləri icmaları yaşayır. Quba Rayon İcra Hakimiyyətinin Qırmızı Qəsəbədəki nümayəndəsi David İsakov bildirib ki, azərbaycanlılar və yəhudilər artıq uzun illərdir dinc yanaşı yaşayır, bir-birinə böyük hörmətlə yanaşır, ümumi taleyi, sevinc və kədəri bölüşürlər. O deyib: “Qırmızı Qəsəbədən gedənlərin çoxu geri qayıdır. Biz Qırmızı Qəsəbənin gələcəyinə inanırıq və çox nikbinik. İnanırıq ki, yəhudi qəsəbəsi Azərbaycanda tolerantlıq və multikulturalizm nümunəsi kimi yaşamağa davam edəcək. Əminik ki, müasir yəhudi gənclər yəhudi ənənələrini, Tövratı və ivriti öyrənib onlara riayət edəcəklər”.

Verilişin sonunda Azərbaycandakı Xalça Muzeyi haqında süjet göstərilib. Süjetdə bildirilib ki, bu muzey dünyada ilk xalça muzeyidir. Muzeyin fondunda Azərbaycanın müxtəlif rayonlarından sənət əsərləri, ornamentli və süjetli xalçalar, çeşidbəçeşid xalça məmulatı saxlanılır. Bundan əlavə, qədim dövrə aid muzey ekspozisiyaları, XIX əsrə aid qara saxsı qablar və tunc məmulatı, bədii tikmə, şüşə, metal, ağac və zərgərlik məmulatı və s. eksponatlar nümayiş etdirilir.

İsrailin beynəlxalq 24-cü xəbər kanalında Azərbaycanın müasir inkişafı haqqında veriliş yayımlanıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fəaliyyət göstərməyəcək

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq maraqlarının təzahürüdür

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb

Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir

BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi

Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb

Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Media nümayəndələri insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiyada iştirak ediblər

® “TuranBank” gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır

Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər

NATO: ABŞ-nin Avropadakı hərbi gücünü azaltması Alyansı uzunmüddətli perspektivdə gücləndirəcək

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub

İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq ediləcək

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir

Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

Xüsusi qabiliyyət imtahanlarının keçirilmə qrafiki açıqlanıb

ATMU-da imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü təşkil olunub

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir

Siyasi şərhçi: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə vizyonunu rəsmiləşdirib

İslam mərasimlərinin folklor semantikası: mənəvi kamillik və sosial həmrəylik

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsinə töhfə verməkdədir - Türk jurnalist

Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir

“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib

“Səməd Vurğun poeziyasının dili” mövzusunda elmi sessiya təşkil olunub

Qəbələdə zəlzələ olub

Mis qiymətləri üçhəftəlik ən aşağı səviyyədən yüksəlir

Humanoid robotlar sürətlə inkişaf edir

UNEC-də “Məzun platforması” istifadəyə veriləcək

Şimali İrlandiyada iğtişaşlarla bağlı saxlanılanların sayı 19-a çatıb

NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub

Kaşağan qaz emalı zavodu layihəsi praktiki icra mərhələsinə qədəm qoyub

Həyat şansı: Çin donor orqanlarının əlçatanlığını genişləndirir

Beynəlxalq tədbirdə Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı görülən işlərdən danışılıb

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB VİDEO

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB VİDEO

Ramil Həsən: TÜRKPA türk dövlətləri arasında əlaqələrin inkişafında mühüm rol oynayır

Azərbaycan Universiteti RUR beynəlxalq reytinqində mövqeyini yaxşılaşdırıb

Bəşir Hacıyev: Kəlbəcərdə arıçılıq, heyvandarlıq və əkinçilik üzrə sahibkarlıq təşəbbüsləri genişləndirilir

Britaniya iqtisadiyyatı İranla müharibənin təsirini hiss etməyə başlayıb

Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının 2026–2030-cu illər üzrə inkişafı müzakirə edilib - YENİLƏNİB VİDEO

Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının 2026–2030-cu illər üzrə inkişafı müzakirə edilib - YENİLƏNİB VİDEO

Şuşa Bəyannaməsi: beş ildə təsdiqini tapan tarixi qərar - ŞƏRH

Böyük Britaniyada 1 milyon gəncə meningit əleyhinə peyvənd təklif olunacaq

Tallinin mərkəzində ilk modul bomba sığınacağı quraşdırılıb

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu yaradılır

Rejissor Aynur Zərrintac: Ölkədə mədəniyyətin və incəsənətinin inkişafında özəl teatrların rolu son dərəcə vacibdir

Psixoloq: Sosial şəbəkələr uşaqların diqqət və konsentrasiya qabiliyyətinə təsir edir

Rafiq Aslanov: Qarabağda su və torpaq ehtiyatlarından daha səmərəli istifadə üçün geniş infrastruktur layihələri icra olunur

Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb

Seymur Səfərli: Dövlət Proqramı çərçivəsində güzəştli kreditlər və faiz subsidiyaları nəzərdə tutulur VİDEO

Seymur Səfərli: Dövlət Proqramı çərçivəsində güzəştli kreditlər və faiz subsidiyaları nəzərdə tutulur VİDEO

Məşhur rəssam Devid Hokni vəfat edib

Vellinqton hava limanında yanğın: sərnişinlər terminaldan təxliyə edilib

“Şirvan Aqro”: İlin sonunadək südlük istiqamətdə inək və düyələrin sayının 3200 başa çatdırılması planlaşdırılır

Azərbaycan avarçəkəni Avropa çempionu olub

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olunub

"Göyçay-Süd" ASC Laçında yeni emal zavodu tikməyi planlaşdırır VİDEO

"Göyçay-Süd" ASC Laçında yeni emal zavodu tikməyi planlaşdırır VİDEO

Xəzər rayonunda 13 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Fermer təsərrüfatının direktoru: Heyvandarlıq və müasir suvarma sahəsinə 10 milyon manat investisiya qoyacağıq VİDEO

Fermer təsərrüfatının direktoru: Heyvandarlıq və müasir suvarma sahəsinə 10 milyon manat investisiya qoyacağıq VİDEO

Azərbaycan-Türkiyə münasibətləri "ortaq inkişaf və qarşılıqlı güclənmə” modelinə əsaslanır Rəy

Fransada inflyasiya artıb

İsveç Müdafiə Komitəsi Rusiya ilə NATO arasında mümkün hərbi toqquşma riskindən danışıb

Prezidentin xüsusi nümayəndəsi: Ağdam, Füzuli və Xocavənd Azərbaycanın əsas aqrar-investisiya mərkəzinə çevriləcək

Məcnun Məmmədov: Ekstensiv əkinçilikdən intensiv əkinçiliyə keçid təşviq ediləcək

“Mehr”: İran müəyyən şərtlər yerinə yetirilmədən nüvə danışıqlarına başlamayacaq

Ərzaq təhlükəsizliyinin təminatında 2026-2030-cu illər Dövlət Proqramının rolu: yeni çağırışlar və hədəflər

Şuşa Bəyannaməsi Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasında mühüm rol oynayır ŞƏRH

Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb

AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin

İlhamə Qədimova: Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir VİDEO

İlhamə Qədimova: Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir VİDEO

ADSEA rəsmisi: Müasir suvarma texnologiyalarının tətbiqi sahəsinin 300 min hektara çatdırılması nəzərdə tutulur

İlham Bayramov: Aqrar sektorun gələcək inkişafı su və torpaq ehtiyatlarından maksimum səmərəliliklə istifadə ilə təmin edilməlidir

Külli miqdarda narkotik vasitənin PUA vasitəsilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib

Kənd təsərrüfatı fəaliyyətinə mane olan yaşıllıqların götürülməsinə icazə veriləcək

Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb

Şuşa şəhərinin ərazisində yerləşən abidələrlə bağlı qanun sərtləşdirilir

Ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı açıqlanıb

Ağdaşda regional müşavirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunub - YENİLƏNİB VİDEO

Ağdaşda regional müşavirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunub - YENİLƏNİB VİDEO

Qlobal temperatur artımının 4 il ərzində 1,5 dərəcə həddini keçə biləcəyi proqnozlaşdırılır

Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir

ADSEA: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir

Azərbaycan “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulur

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib

Nazir: Balıqçılıq sahəsinin inkişafı ölkədə yeni istehsal zəncirinin formalaşmasına töhfə verəcək

Böyük Britaniya əhalisinin yarısı “Brexit” üzrə ikinci referendumun keçirilməsini istəyir

Orta Dəhliz və nəqliyyat layihələri Gürcüstan-Qırğızıstan danışıqlarında müzakirə olunub

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs edilib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyun ayının pensiyaları ödənilib

Göygöldə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

Göygöldə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasında Milli Qurtuluş Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Türk siyasi şərhçi: Şuşa Bəyannaməsi ortaq geosiyasi baxışı hüquqi müstəviyə daşıyıb

İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub

® “Azerconnect Group” İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq edəcək