Elnur Hüseynovun “Eurovision-2015”in final şousunda çıxışı hərarətlə qarşılanıb VİDEO
Vyana, 23 may AZƏRTAC
Azərbaycanın “Eurovision 2015” mahnı müsabiqəsində təmsilçisi Elnur Hüseynov yarışmanın final mərhələsində səhnəyə iyirmi dördüncü çıxıb.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Elnur Hüseynov İsveç bəstəkarları Sandra Byurman, Nikolas Rebşer, Lina Hansonun bəstələdikləri “Hour of wolf” mahnısını ifa edib. Onun ifası tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
Bu dəqiqələrdə iştirakçıların çıxışları başa çatıb və səsverməyə start verilib.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Vyana