Azərbaycan Dövlət İnformasiya Agentliyi

8 Noyabr – 220 illik tarixi prosesin dönüş nöqtəsi!

8 Noyabr – 220 illik tarixi prosesin dönüş nöqtəsi!

Bakı, 5 noyabr, AZƏRTAC

Bu il qaçqınlıq tariximizin 220-ci ili tamam olur. 1801-ci il iyulun 13-də general-mayor Lazarevin Qafqaz qoşunlarının komandanı Knorrinqə göndərdiyi raportda Pəmbək əyalətinin 14 kəndindən təxminən 5-6 min türk-müsəlman əhalinin bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınmasından bəhs edilirdi. Bu, XVIII əsrin ikinci yarısından etibarən Rusiya imperiyasının Qafqaza doğru güclənən və genişlənən işğalçılıq siyasətinin, Azərbaycan torpaqlarının hissə-hissə işğal edilməsinin, azərbaycanlıların öz dədə-baba torpaqlarından soyqırımlara məruz qalaraq deportasiya olunmasının, Cənubi Qafqazın erməniləşdirilməsinin başlanğıcı idi.

Bu sətirlər Milli Məclisin deputatı Əziz Ələkbərlinin “8 Noyabr - 220 illik tarixi prosesin dönüş nöqtəsi!” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Bundan sonra 1805-ci il mayın 14-də general Sisianovla İbrahimxəlil xan arasında Kürəkçay, 1813-cü il oktyabrın 12-də çar Rusiyası ilə Qacar İranı arasında Gülüstan, 1828-ci il fevralın 10-da yenə də çar Rusiyası ilə Qacar İranı arasında Türkmənçay müqavilələri imzalandı və bununla da Azərbaycan Araz çayı sərhəd olmaqla iki hissəyə bölündü. Araz çayının şimalında yerləşən ərazilər Rusiyanın tərkibinə qatıldı, cənubunda yerləşən torpaqlar isə İran Qacar dövlətinin hüdudları daxilində qaldı. Bundan əlavə, Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən, İran ərazisində yaşayan xristian əhalinin (ermənilərin) Cənubi Qafqaza - Azərbaycanın Rusiya tərəfindən işğal olunmuş kəndlərinə köçürülməsinin hüquqi əsası yaradıldı.

Az sonra Rusiya ilə Osmanlı arasında başlanan müharibə də Rusiyanın qələbəsi ilə tamamlandı və 1829-cu il sentyabrın 14-də bu dövlətlər arasında Ədirnə sülh müqaviləsinin bağlanması ilə nəticələndi. Ədirnə müqaviləsini burada xatırlatmağımızın səbəbi ondadır ki, əgər Türkmənçay müqaviləsi İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalını rəsmiləşdirdisə, Ədirnə müqaviləsi də Osmanlı imperiyasını Türkmənçay müqaviləsinin nəticələrini tanımağa məcbur etdi. Bundan başqa, əgər Türkmənçay müqaviləsi İran ərazisindən ermənilərin Cənubi Qafqaza köçürülməsini nəzərdə tuturdusa, Ədirnə müqaviləsində də Osmanlı ərazisindəki ermənilərin Cənubi Qafqaza köçürülməsi təsbit olunurdu və hər iki müqaviləyə əsasən köçürülən ermənilər daha çox İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazisində yerləşdirilirdi ki, bu da bu bölgələr üçün gələcək fəlakətlərin bünövrəsini qoydu.

1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Osmanlı müharibələri nəticəsində İrəvan xanlığının hansı dağıntılara məruz qaldığını İ.Şopenin 1829-1831-ci illərdə "Erməni vilayəti"ndə apardığı siyahıyaalmadan öyrənirik. Həmin siyahıyaalmaya görə, İrəvan əyalətində mövcud olan 521 kənddən 310-u xaraba qalmışdı. Ümumiyyətlə, həmin müharibələr zamanı İrəvan və Naxçıvan xanlıqları ərazisində bir yerdə 559 türk-müsəlman kəndi ruslar tərəfindən məhv edilmişdi.

Rusiya imperiyasının yerli müsəlman əhaliyə qarşı düşmən münasibəti hadisələrin gedişində də özünü aydın göstərirdi. Belə ki, Türkmənçay müqaviləsinin bağlanmasından 10 gün sonra - xalqımız üçün müqəddəs Novruz bayramının birinci günü - 1828-ci il martın 20-də bu müqaviləni təsdiq edən I Nikolay cəmi bir gün sonra - martın 21-də İrəvan və Naxçıvan xanlıqları ərazisində "Erməni vilayəti" yaradılması barədə fərman verdi: "Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarını bundan sonra "Erməni vilayəti" adlandırmağı hökm edir və titulumuza daxil edirik".

Bundan beş gün sonra - 1828-ci il martın 26-da isə Qafqaz korpusunun komandanı ermənilərin İrəvan xanlığı ərazisində boşaldılmış türk-müsəlman evlərində yerləşdirilməsi barədə xüsusi təlimat imzaladı, bu məqsədlə xüsusi komitə yaradıldı. N.N.Şavrov da təsdiq edir ki, 1828-1830-cu illər arasında İrandan və Türkiyədən 200 min nəfərdən çox erməni köçürülərək Yelizavetpol (indiki Gəncə) və İrəvan qəzalarında yerləşdirilmişdir.

Ermənilərin Türkiyə və İran ərazilərindən Azərbaycan torpaqlarına köçürülməsi sonrakı onilliklərdə də davam etdirildi və bütün bu proseslər azərbaycanlıların deportasiya və soyqırımları ilə paralel aparıldı. Nəhayət, 1918-ci il mayın 28-də İrəvan xanlığı ərazisinin 9 min kv. km-lik bir hissəsində Ararat Respublikası adlanan tarixdə ilk erməni dövləti yaradıldı.

1921-ci il oktyabrın 13-də Rusiya, Azərbaycan, Gürcüstan, "Ermənistan" və Türkiyə arasında bağlanmış Qars müqaviləsində bu qondarma "Ermənistan" dövlətinin hüquqi statusu və sərhədləri təsbit edildi. Təəssüf ki, rusların Azərbaycanın bağrında yaratdığı bu qondarma erməni dövlətinin tərkibinə İrəvan xanlığına daxil olan Azərbaycan mahalları ilə yanaşı, vaxtilə Naxçıvan xanlığının bir parçası olan Dərələyəz mahalı, Qarabağ xanlığının Zəngəzur mahalının bir hissəsi, Gəncə xanlığının Şəmşəddil sultanlığı, Dilican və Qaraqoyunlu dərələri, Borçalının Loru mahalı adlanan dağlıq hissəsi, Qars vilayətinin bir hissəsi olan Ağbaba-Şörəyel mahalları və başqa tarixi Azərbaycan torpaqları da daxil edildi.

Sonrakı 70 il ərzində də vahid sovet dövləti - SSRİ tərkibində mövcud olmasına baxmayaraq, Ermənistan ərazisində azərbaycanlıların gizli soyqırımı davam edir, respublikada yeridilən antiazərbaycanlı, antitürk siyasət nəticəsində azərbaycanlılar tədricən sıxışdırılıb çıxarılırdı. 1948-1953-cü illər deportasiyası zamanı isə 150 min nəfərdən artıq azərbaycanlı öz ata-baba torpaqlarından zorla köçürüldü.

Qərbi Azərbaycan - indiki Ermənistan ərazisində azərbaycanlıların soyqırımının növbəti dalğası 1988-ci ilə təsadüf etdi. Ermənilərin Qarabağı Ermənistana birləşdirmək cəhdi “Ermənistan”da yaşayan azərbaycanlılar arasında da kəskin etiraza səbəb oldu. Bütün bunların nəticəsi olaraq, 1988-ci ilin noyabr-dekabr aylarında, Meğri rayonunun Nüvədi kəndi istisna olmaqla, Qərbi Azərbaycanın bütün yaşayış məntəqələrindən azərbaycanlı əhali qovulub çıxarıldı. 1991-ci il avqustun 8-də isə sonuncu azərbaycanlı kəndi olan Nüvədi də erməni-rus hərbi qüvvələri tərəfindən işğal edildi.

Cəzasızlıqdan ürəklənən ermənilər havadarlarının dəstəyi ilə işğalçılıq siyasətlərini Azərbaycanın içərilərinə doğru daşıdılar və Qarabağın dağlıq hissəsi də daxil olmaqla suveren ərazilərimizin 20 faizini işğal etdilər. Bu işğal dünyanın gözü qarşısında 30 il davam etdi və dünya 30 il susdu.

Lakin Azərbaycan xalqı bu işğalla heç vaxt barışmadı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə insanlarda işğala bir gün mütləq son qoyulacağına inam yarandı. Qısa vaxtda cəbhədə atəşkəs elan olundu və Azərbaycan gələcək iqtisadi inkişafın təməllərini qoydu.

2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın daxili və beynəlxalq gücünü daha da artırdı. Azərbaycanın iqtisadiyyatı, ordusu, diplomatiyası 220 ildən bəri davam edən bir tarixi prosesi dayandırmaq və 30 illik işğala son qoymaq qüdrətinə sahib oldu. Bütün bunları cəmi 44 gün ərzində etdi. 44 gün ərzində 220 illik erməni mifi darmadağın oldu. 44 gün ərzində Azərbaycan Ordusunun işğalçı erməni ordusunun başına yağdırdığı mərmilər təkcə erməni texnikasını və erməni əsgərini yox, 220 il ərzində dünyanı başına götürmüş erməni yalanlarını, erməni saxtakarlığını da tikə-parça edib göyə uçurdu. Azərbaycan xalqının əzəməti qarşısında erməni xalqının miskinliyi, Azərbaycan Ordusunun gücü qarşısında erməni ordusunun acizliyi, Azərbaycan Liderinin qüdrəti qarşısında erməni “liderciklərin” cılızlığı dünyanın gözü qarşısına sərgiləndi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev “dəmir yumruğu” ilə təkcə erməni ordusunun, dünya erməniliyinin başını əzmədi, həm də beynəlxalq güclərin, güc mərkəzlərinin Cənubi Qafqazda yürütdüyü 220 illik siyasətin belini qırdı və bütün regiona qan-qada, faciə gətirən bir tarixi prosesi nəinki durdurdu, həm də üzü geriyə - 220 il əvvəl start götürdüyü başlanğıc nöqtəsinə doğru çevirdi.

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə Azərbaycan xalqını yox, bütün Cənubi Qafqaz xalqlarını erməni faşizmindən xilas edən Liderdir! Təkcə işğala son qoyan yox, həm də bütün bölgəyə sülh, əmin-amanlıq gətirən Liderdir! Tarix boyu da belə olub ki, güclü xalqlar heç vaxt zülmə boyun əyib, əsarət boyunduruğuna tabe olmayıblar, mütləq öz içlərindən fövqəlgücə malik Lider çıxarır və zülmü də, zalımı da təpik altına atıb məhv edirlər. Azərbaycan xalqı da bunu etdi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi Liderliyi ilə edir və bundan sonra da edəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur