ELM VƏ TƏHSİL


ADPU-da tələbələrin pedaqoji və istehsalat təcrübəsinin yekun konfransları keçirilib

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fakültələrində pedaqoji və istehsalat təcrübəsinə göndərilmiş tələbələrin təcrübələri uğurla tamamlanıb və yekun konfranslar, bağlanış tədbirləri keçirilib.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Bildirilib ki, Bakı şəhəri Nizami rayonu 229 nömrəli məktəbdə Riyaziyyat fakültəsinin pedaqoji təcrübədə iştirak edən tələbələri məktəb şagirdləri ilə birlikdə “Riyaziyyat günü” adlı tədbir keçiriblər. Maraqlı riyazi viktorinalar və bədii proqramlar ilə yadda qalan bu tədbirdə ADPU-nun Riyaziyyat fakültəsinin müəllimləri və məktəb rəhbərliyi iştirak edib.

Məktəbəqədər təhsil fakültəsində isə 14 həftəlik pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilib. Konfransda fakültə dekanı professor Şəhla Əliyeva, dekan müavini dosent Allahyar İmanov, kafedra müdirləri professor Müseyib İlyasov, professor Ramiz Əliyev, professor Qızxanım Qəhrəmanova və dosent Nailə Hüseynova, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Bakı şəhərində yerləşən uşaq bağçalarında, ümumtəhsil məktəblərində, xüsusi və inteqrativ məktəblərdə, psixoloji mərkəzlərdə təcrübə keçən tələbələr 4 saylı tədris korpusunda maraqlı və faydalı təcrübələrindən danışıb, ixtisas kafedralarında və fakültə rəhbərliyinə hesabat veriblər. Tədris korpusunun foyesində məktəbəqədər təlim və tərbiyə, təhsildə sosial-psixoloji xidmət və korreksiyaedici təlim ixtisası tələbələrinin əl işləri sərgilənib. Konfransda pedaqoji təcrübədə müəssisə rəhbərləri tərəfindən təşəkkürnaməyə layiq görülmüş metodistlər və tələbələr təltif olunub.

İncəsənət və fiziki tərbiyə fakültəsində də pedaqoji təcrübənin yekun konfransı keçirilib. Konfransda fakültə dekanı dosent Laçın Həsənovanın, dekan müavini sosiologiya üzrə fəlsəfə doktoru Anar Fərmayılovun, Musiqi və onun tədrisi texnologiyası kafedrasının müdiri professor Zemfira Abdullayevanın, Fiziki tərbiyə və Çağırışaqədərki hazırlıq tədrisi texnologiyası kafedrasının müdiri Eldar Abdullayevin, Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının müdiri dosent Yeganə Cəlilovanın və fakültənin müəllimləri Natiq Əliyevin, Əvəz Sadıqovun, Çingiz Rüstəmovun, Gülnarə Bakıxanovanın çıxışları dinlənilib.

Konfransda pedaqoji təcrübədə müəssisə rəhbərləri tərəfindən təşəkkürnaməyə layiq görülmüş tələbələr təbrik edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.