Peşəkar Futbol Liqası Yohan Kroyf İnstitutu ilə əməkdaşlığa başlayıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycan Peşəkar Futbol Liqası ilə dünyanın aparıcı idman təhsili qurumlarından biri olan Yohan Kroyf İnstitutu arasında əməkdaşlığa başlanılıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, burada əsas məqsəd PFL əməkdaşlarının beynəlxalqsəviyyəli təhsil imkanlarından yararlanmasına şərait yaratmaq, onların bilik və bacarıqlarının inkişafına töhfə verməkdir.
Tərəfdaşlıq çərçivəsində iştirakçılar institutun müxtəlif təhsil proqramlarından güzəştli şərtlərlə istifadə edə biləcəklər. Eyni zamanda, əməkdaşlıq təcrübə proqramlarını, tərəflər arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsini nəzərdə tutur. Ölkə futbolunda kadr potensialının inkişafına töhfə vermək istiqamətində mühüm əhəmiyyət daşıyan proqram idman idarəçiliyi, futbol biznesi, marketinq və liderlik istiqamətlərində xüsusi təhsil imkanlarına da şərait yaradacaq.
Əməkdaşlıqla bağlı fikirlərini bölüşən PFL prezidenti Elxan Səmədov proqramın əhəmiyyətini qeyd edib: "Peşəkar Futbol Liqası üçün beynəlxalq əməkdaşlıq futbolun inkişafına töhfə vermək istiqamətində səylərin mühüm hissəsidir və Yohan Kroyf İnstitutu ilə tərəfdaşlıq əməkdaşların peşəkar inkişafı baxımından mühüm imkanlar yaradır".
Qeyd edək ki, 1999-cu ildən fəaliyyət göstərən Yohan Kroyf İnstitutu idmanı əhatə edən müxtəlif sahələrdə ixtisaslaşıb, 90-dan çox proqram təqdim edir və geniş beynəlxalq şəbəkəyə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.09.2026 [14:07]
Edin Ceko Bosniya və Herseqovina millisi ilə vidalaşır
- 03.09.2026 [12:58]
Norveç millisinin sabiq futbolçusu: “Sabah” bu il çox sürətlə ön plana çıxdı
- 03.09.2026 [12:17]
Azərbaycan Premyer Liqasında IV turun hakim təyinatları açıqlanıb
- 03.09.2026 [11:53]
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
- 03.09.2026 [11:32]
“Turan” beynəlxalq turnirdə Yunanıstan klubu ilə qarşılaşacaq
- 03.09.2026 [11:11]
Neymarın komandası Braziliya kuboku ilə vidalaşdı
- 03.09.2026 [11:09]
Argentina futbolunda Messi üçün xüsusi vida mərasimi keçiriləcək
- 03.09.2026 [10:40]