REGİONLAR


Ağcabədi pambıqçıları bu günədək 33 min 691,52 ton məhsul toplayıblar

Ağcabədi, 18 noyabr, AZƏRTAC

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə indiyədək tarlalardan 33 min 691,52 ton “ağ qızıl” toplanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə Ağcabədi rayonunda 4200 hektarı “Azərpambıq” MMC, 5069,2 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1420 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında 10 min 689,2 hektar sahədə pambıq becərilib. Ağcabədili "ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını nümunəvi təşkil edirlər. Hər gün tarlalardan 400 tona yaxın məhsul toplanır. Ümumilikdə bu günədək sahələrin 10 min 531,3 hektarında məhsul yığılıb. Hər hektarın məhsuldarlığı 31,99 sentnerdir.

Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 99 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.