Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycan qadını tarix boyu ölkənin cəmiyyət və siyasi həyatında mühüm rol oynayıb. Onlardan biri də dövrünün tanınmış yazıçı və jurnalisti Şəfiqə xanım Əfəndizadədir. O, Azərbaycan Cümhuriyyəti parlamentinin ilk qadın əməkdaşı, həmçinin Cənubi Qafqazın ilk qadın jurnalistidir. Şəfiqə xanım Cümhuriyyət dövründə ən fəal qadınlardan idi. O, ali təhsil almamasına baxmayaraq, həm publisist, həm də pedaqoq kimi çox dəyərli fəaliyyətlə məşğul olub. Eyni zamanda, Cümhuriyyət parlamentində stenoqrafçı kimi işləyərək, orada bütün Azərbaycan qadınlarını təmsil edib.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Əfqan Vəliyevin Şəfiqə xanım Əfəndizadənin həyat və fəaliyyəti ilə bağlı məqaləsini təqdim edir.

Zaqafqaziyada ilk Azərbaycan dili müəlliməsi

Şəfiqə xanım Əfəndizadə 1882-ci ildə Gürcüstanın tarixən türklərin yaşadığı Cavaxetiya bölgəsində, Axalsix rayonunun Azqur kəndində anadan olub. Atası dövrünün müasir və mütərəqqi fikirli ziyalılarından olan pedaqoq Məmməd Əmin Əfəndizadə idi. O dövrün şərtləri və imkansızlıqlar ucbatından Şəfiqə xanım məktəbdə təhsil ala bilməsə də, tanınmış pedaqoq Məmməd Əmin Əfəndizadə ona həm də müəllimlik edib. Şəfiqə xanım və bacısı Səidə xanım ilk təhsillərini məhz atalarından alıblar. Oxumağı və yazmağı öyrənən Şəfiqə xanım bununla kifayətlənməmiş, atasından həm də müasir elmin sirlərinə yiyələnmişdir.

1896-cı ildə 14 yaşında ikən Şəkiyə gələn Şəfiqə xanım burada atasının işlədiyi "Darrüssiyada" məktəbinin nəzdində qızlar üçün açılmış xüsusi məktəbdə, cəsarət və vətənpərvərlik nümayiş etdirərək Azərbaycan dili müəllimi kimi dərs deməyə başlayır. Lakin burada çox qalmır. Azərbaycan qızlarının oxumasını və maariflənməsini istəyən məşhur xeyriyyəçi və milyonçu Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbini açır. Bununla da, müsəlman Şərqində qadınların yüksək təhsil almasının təməli qoyulur. Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov Məmmədəmin Əfəndizadəyə məktub yazaraq, ondan qızını həmin məktəbdə dərs deməyə göndərməsini xahiş edir. Şəfiqə xanımın atası bu dəvətdən məmnun qalır. Ancaq qızının dövlət məktəbində təhsil almadığı üçün belə bir hüququ olmadığını bildirir. Belə olan halda Şəfiqə xanım 1901-ci ildə Tiflisə gedir. O, Tiflisdə Zaqafqaziya Ruhani İdarəsində imtahan verərək müəllimlik attestatı alır. Sonra yenidən Bakıya qayıdaraq Rus-Müsəlman Qızlar Məktəbində ana dilindən dərs deyir və qadın savadsızlığına qarşı mübarizə aparan ziyalılarla çiyin-çiyinə çalışır.

O dövrdə Şəfiqə xanım Əfəndizadənin Azərbaycanın qız və qadınlarının maariflənməsi üçün göstərmiş olduğu mədəni davranış və cəsarət nümunəsi böyük bir hadisə idi. Şəfiqə xanımın tutduğu yol digər Azərbaycan qadınlarının maariflənmə hərəkatına qoşulmasına zəmin yaradır. Pedaqoji fəaliyyət göstərən Şəfiqə xanım bu missiyası ilə ilk azərbaycanlı qadınlardan biri kimi adını tarixə yazdırır. Millətçi, vətənpərvər və maarifçi Şəfiqə xanım məktəbdə işləməklə yanaşı, yeni yaranan xeyriyyə cəmiyyətlərinin tədris kurslarında pulsuz çalışaraq qadınların maariflənməsi hərəkatında xeyriyyəçi xanımlarla birlikdə yer alıb. O dövrdə ictimai-siyasi şərait və mühit qadınların işləməsi üçün əngəllər yaratsa da, Şəfiqə Əfəndizadə və onun kimi qadınlar öz amallarından dönməmişlər.

Şəfiqə xanım cəhalətin hökm sürdüyü bir vaxtda müəllimə, rəfiqəsi Səkinə Axundzadə ilə birlikdə dram dərnəyi yaradaraq, qızlara teatr mədəniyyəti, aktyorluq sənəti barədə məlumatlar verir, dövrün mətbuat xülasələri ilə tanış edirdi. Onun milli-mədəni ruhda verdiyi təhsil və məlumatlar şagirdlərdə Azərbaycan ədəbiyyatına maraq və həvəs yaradırdı. O, qızlara nəinki ədəbi əsərləri, dərslikləri oxumağı, eyni zamanda, sərbəst, aydın, savadlı yazmağı da öyrədirdi. Gənc qızların yüksək təhsil almasına çalışan Şəfiqə Əfəndizadə 1910-cu ilədək bu məktəbdə müəllimə işləyir. Fars, rus və ərəb dillərini, Şərq klassik ədəbiyyatını dərindən öyrənən Şəfiqə xanım, eyni zamanda, qadın pedaqoji məktəbindəki müəllimlik kurslarında da dərs deyirdi.

Azərbaycanın ilk qadın jurnalistlərindən olan Şəfiqə xanımın birinci məqaləsi "Şərqi-rus"da işıq üzü görüb

1903-cü ildə dövrün tanınmış simalarından olan məşhur mətbuat xadimi Həsən bəy Zərdabinin dəstəyi ilə publisist və bədii yaradıcılığa başlayan Şəfiqə Əfəndizadə XX əsrin əvvəllərində Azərbaycanda baş verən bütün hadisələrə münasibət bildirib, cəmiyyətin ictimai-siyasi həyatında iştirak etməyə çalışıb. O, fikir və mülahizələrini, təklif və rəylərini xalqa çatdırmaq üçün mətbuat orqanları ilə də əməkdaşlıq edirdi. Azərbaycanın ilk qadın jurnalistlərindən olan Şəfiqə Əfəndizadə birinci mətbu çıxışını "Şərqi-rus"da edib. Həm jurnalist, həm də pedaqoq kimi maarifin, elmin əhəmiyyətini "Dəbistan", "Rəhbər", "Məktəb" jurnallarında təbliğ edirdi. Hər üç jurnalın nəşrində Şəfiqə xanım Əfəndizadənin çox böyük rolu olub. Onun jurnalistika və publisistika sahəsində tanınması əsasən 1911-1912-ci illərdə çap olunan "İşıq" qəzeti ilə bağlıdır. 1911-1912-ci illərdə Azərbaycan qadınının jurnalistika mühitinə cəlb edilməsində bu qəzetin mühüm rolu olub. Şəfiqə xanımın yaradıcılığında qadın azadlığı ən aktual və daha çox müraciət etdiyi mövzu idi. Publisistik məqalə və hekayələrində əsasən qadına münasibət, qadının cəmiyyətdə rolu və s. məsələlərdən bəhs olunurdu. 1914-cü ildə xanım publisistin "İki yetim, yaxud Kərimin hümməti" adlı bədii kitabı nəşr edilib. Onun uşaqların həyatından bəhs edən “İki qızın söhbəti”, “Şəkər alması”, “İlk məhəbbət”, “Röya”, “Müəllim nədir” və “Mükafat” adlı hekayələri o dövrün mətbuatında dərc olunub. Ərəb, fars və rus dillərini yaxşı bilən Şəfiqə xanım bəzi əsər və məqalələrin tərcüməsini də etmişdi. O, sadəcə özünün deyil, eyni zamanda, şagirdlərinin də ictimai həyatda fəal rol almasını təmin etmək üçün onların yazılarını da mətbuatda dərc etdirirdi. Şəfiqə xanımın şagirdi olan Nabat xanım Nərimanovanın “Dəbistan” jurnalının 7-ci nömrəsində dərc olunan məqaləsini buna misal göstərmək olar.

Yazıçı dramaturq Cəlil Məmmədquluzadənin məşhur “Ölülər” əsərinə ilk rəyi yazan da pedaqoq, yazıçı və publisist Şəfiqə xanım Əfəndizadə idi. C.Məmmədquluzadənin "Ölülər" pyesi ilk dəfə Bakıda 1916-cı ildə tamaşaya qoyulub. Tamaşa zamanı Şəfiqə xanım salonda bir qadının ağladığını görərək, ona yaxınlaşıb. Nə üçün ağladığını soruşanda qadın "Bu ki, mənim həyatımdır, çəkdiyim əzablardır", deyə kövrək səslə cavab verib. "Ağlama, bacım. Bu, təkcə sənin yox, bütün Azərbaycan qadınlarının həyatıdır", deyən Şəfiqə xanım onu sakitləşdirib. Bu hadisə onu çox təsirləndirib və "Açıq söz" qəzetində "Ölülər" pyesi haqqında məqalə yazıb. Şəfiqə xanımın məqalələri “Dirilik”, “Dəbistan”, “Füqara - Füyuzat”, “Açıq söz” və digər mətbuat orqanlarında dərc edilmişdi.

Zaqafqaziya Müsəlmanlarının Qurultayında qadın hüquqlarına dair gərgin müzakirə

1917-ci ilin aprel ayında Bakıda Zaqafqaziya Müsəlmanlarının Qurultayı keçirilmişdi. İslamiyyə binasında keçirilən qurultayda kişilərlə bərabər üç qadın da iştirak etmişdi. Bunlar, Tiflisdən Sara Talışinskaya, Bakıdan Şəfiqə Əfəndizadə və Sara Vəzirova idi. Qurultayda iştirak edən qadınlar arasında ən fəalı Şəfiqə xanım idi. Onun çıxışı o dövrdə təhsil almasına əngəllər yaradılan Şərq qadınlarının maariflənməsi, qadın məktəblərinin və teatrlarının açılması ilə bağlı olduğu üçün müzakirəyə səbəb oldu. Fars, rus və ərəb dillərini yaxşı bilən, şərq ədəbiyyatını mükəmməl öyrənən, Avropa mədəniyyəti ilə yaxından tanış olan Şəfiqə xanımın səlis, aydın və savadlı çıxışı hamını heyran etmişdi. Şəfiqə xanım çıxışının sonunda qadınların maariflənməsi üçün yeni məktəblərin və teatrların açılmasının vacibliyini vurğulamışdı. Onun çıxışı salonda böyük əks-səda doğurdu. Dərhal şəriət nümayəndələri buna kəskin münasibət bildirdi. Azərbaycandan gələn Şəfiqə Əfəndizadə və Sona Talışinskayanın çıxışı qurultay nümayəndələrini qadın məsələsinə ciddi münasibət bildirməyə vadar etdi.

1918-ci ilin martında ermənilər tərəfindən törədilən soyqırımı Şəfiqə xanımın da həyatına ağır zərbələr vurdu. Həmin ərəfədə onun Bakıdan Azərbaycan heyəti ilə Axıskaya səfəri uzun çəkmir. Şəfiqə xanım və yoldaşları bir müddət Qubada, Azqurda qaldıqdan sonra İstanbula getməyə məcbur olurlar. “Yol əsnasında gördüklərim” yazısı vətənpərvər jurnalistin doğma diyarı Axıskaya səfəri zamanı yol qeydləridir. Şəfiqə xanımın bu yazısı tarixi faktlar baxımından da maraq doğurur. Belə ki, onun bu məqaləsi azərbaycanlı ziyalıların İstanbuldakı fəaliyyətinin, “Əsirgəmə dərnə¬yi” adlanan qadın xeyriyyə cəmiyyəti ilə azərbaycanlıların sıx əməkdaşlığının, eləcə də o cəmiyyətdə fəaliyyət göstərən azərbaycanlıların fəaliyyətinin öyrənilməsi, həmçinin Əlimər¬dan bəy Topçubaşov və Əhməd bəy Ağaoğlu ilə görüşlərinə, mətbuat tarixinin fakt və hadisələrinə aydınlıq gətirmək baxımından da əhəmiyyətlidir.

Erməni qəzeti Azərbaycan və Gürcüstan nümayəndə heyətini

“arzuolunmaz heyət” kimi qələmə verirdi

Türkiyədə olduğu müddətdə Şəfiqə xanım Əfəndizadə Əhməd bəy Ağaoğlu və nümayəndə heyəti ilə görüşmüş, onunla əlaqəli təəssüratında aşağıdakı sətirlərə yer vermişdir: “Əhməd bəy həbs ediləndə mən də orada idim. Mən orada ikən iki dəfə sorğu-sual edilmişdi. Harada dünyaya gəldiyini, harada təhsil aldığını, Türkiyəyə nə üçün getdiyini və orada “İttihad” və “Tərəqqi” firqəsinə nə vaxt daxil olduğunu, eləcə də fəaliyyətini öyrənmək məqsədi ilə bir çox suallar vermişdilər. Parisdə keçiriləcək Versal Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin tərkibində Əhməd bəy Ağaoğlu da vardı. Azərbaycan nümayəndə heyəti İstanbula gələn günün səhərisi fransız dilində çıxan qəzetlərin çoxu və xüsusən ermənilərin fransız dilində nəşr etdiyi “Renaissanse” qəzeti Əhməd bəy Ağaoğlunu müttəfiqlərə qarşı qoymuş və onu türk parlamentində Antantaya qarşı mübarizə aparmış fəal jurnalist kimi təqdim edirdi. Əlimərdan bəy Topçubaşovun Bakıya göndərdiyi hesabatda qeyd edilirdi ki, “İttihad” və “Tərəqqi” partiyasının, xüsusilə “Tələt-Ənvər kabinetinin” bütün günahlarını Əhməd bəy Ağaolunun adına yazırlar”. Bununla kifayətlənməyən “Renaissanse” qəzeti Əhməd bəy Ağaoğlunu və bütün Azərbaycan və Gürcüstan nümayəndə heyətini “arzuolunmaz heyət” kimi qələmə verirdi. Biz bu gün də dünyanın hər bir tərəfinə səpələnmiş ermənilərin analoji şəkildə Azərbaycana qarşı apardıqları kampaniyanın, çirkin əməllərinin şahidiyik. Əhməd bəy həbs olundu və sürgünə göndərildi. Onunla birlikdə 23 nəfər həbs olunmuşdu. Onlar əvvəlki həbs olun¬muş¬la¬rın yanına göndərilməmişdi, ən sərt həbsxana hesab edilən “Bəkir ağa bölüyündə” saxlanılırdılar. Azərbaycan nümayəndə heyəti mən İstanbuldan çıxdığım gün - aprelin 4-də hələ də İstanbulda idi. Mən onlarla aprelin 3-də görüşdüm. Həmin gün fransızlardan Ceyhun bəy Hacıbəyov, Məhərrəmov və bir neçəsinin adına izn kağızı gəlmişdi. Nümayəndə heyəti bir neçə dəfə təkrar müraciət etdiyi üçün bu dəfə artıq müraciətə lüzum görməyib, yola düşmək fikrində idi”.

"Analar! Qızlarınızı oxudun!”

Bakıda vəziyyətin normallaşdığı xəbərini alan Şəfiqə xanım son dərəcə sevinir və qayıtmaq istəyir. Ancaq qayıtmaq üçün icazə sənədi almaq lazım idi. Əlimər¬dan bəy Topçubaşov onlara azərbaycanlı olduqlarına dair sənəd verir. Batumiyə gəlib bu şəhərdə də bir çox faciələrin şahidi olan Ş.Əfəndizadə 1919-cu ildə Bakıya qayıdır. Şəfiqə xanım “Təşkilatın qadınlara təsiri” adlı məqaləsində qəlbini qürur hissi ilə dolduran və yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyini alqışlayır, müsəlman-türk qadınlarının da təşkilatlanmasını arzulayır. Şəfiqə xanıma görə, bir millətin qadınları kişilərlə bərabər hüquq əldə etmişsə, qadınlar da, bu hüquqdan istifadə etməyib mərhum qalırlarsa, o millət irəli gedə bilməz. Qadın hüquqlarının müdafiəçisi Şəfiqə xanım Əfəndizadə bu məqaləsində “Hürriyyət verildi. İstibdad zənciri qırıldı, Azərbaycan hökuməti təşkil olundu. İndi daha deyəcək bir sözümüz qaldımı?!” deyərək, bu məsələdə qadınların passivliyini tənqid etmiş, onları qabaqcıl ölkələrin qadınlarının inkişaf tarixlərini öyrənməyə, nəticə çıxarmağa çağırmışdı.

Cümhuriyyət dövrünün ziyalı qadınları əsasən mədəni-maarifçi, sosial, ictimai sahədə fəaliyyət göstərirdilər. Həm pedaqoji, həm də publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımlar heç də dövrün kişilərindən geri qalmırdılar. Buna səbəb, əslində, Cümhuriyyət hakimiyyətinin qadın məsələsi və qadın hüquqları istiqamətində apardığı düzgün siyasət idi. Şərqdə ilk dəfə olaraq qadına seçkidə iştirak etmək hüququ verilmişdi. Yeni qız məktəbləri açılır və xanımlar hazır kadr kimi cəmiyyət üçün yetişdirilirdi. Məhz, bu addımlar cəmiyyətdə qadının rolunu artırırdı. Şəfiqə xanım həm parlamentdə stenoqramçı işləyir, həm gimnaziyada dərs deyir, həm də publisistik fəaliyyət göstərirdi. İstiqlal aşiqi, vətən fədaisi Şəfiqə Əfəndizadə publisistikasında dövrünün problemlərinə əsl jurnalist mövqeyindən yanaşıb, vətənpərvər şəxsiyyət kimi xalqın üzləşdiyi çətinliklərə münasibət bildirib. Azərbaycan qadınlarını daim təhsilli, savadlı, dünyagörüşlü görmək istəyən Şəfiqə xanım Əfəndizadə "Analar! Qızlarınızı oxudun!” deyə qadınlara müraciət edib.

Ayna Sultanova, Mirvarid Dilbazi və başqaları Şəfiqə xanımın şagirdləri olub

Sovet hakimiyyəti illərində də o, maarifpərvər qadın kimi qızların yüksək təhsil alması naminə əvəzsiz xidmətlər göstərib. 1920-ci ildə Əli Bayramov klubunun təşkilində fəal iştirak edib, orada yaradılmış savadsızlığın aradan qaldırılması kurslarında dərs deyib. Bu illərdə də müəllimliklə yanaşı, publisistik fəaliyyətini davam etdirib. 1923-cü ildə nəşrə başlayan "Şərq qadını" jurnalının redaksiya heyətinin üzvü seçilib, jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olub. Jurnal o zaman onun haqqında yazırdı: "Şəfiqə xanım bütün Zaqafqaziyada ilk Azərbaycan dili müəlliməsi və bununla yanaşı, ilk Azərbaycan qadın jurnalisti və publisisti olmuşdur (1924-cü il, №1)". 1932-ci ilə qədər pedaqoji fəaliyyətlə məşğul olan Şəfiqə xanım Zaqafqaziyada, Qafqazda, Moskvada keçirilən qadın konfrans və qurultaylarında nümayəndə kimi iştirak edib. Onun şagirdləri içərisində respublikamızın görkəmli dövlət xadimi olan Azərbaycan SSR-nin maarif üzrə xalq komissarı Ayna Sultanovanı, Azərbaycanın Xalq şairi Mirvarid Dilbazini və başqalarını qeyd etmək olar.

Susaraq yaşayan, hislərini cilovlamağı bacararaq, sovetlərin 1937-ci il kimi dəhşətli bir faciəsindən xilas olan və hər gecə qapısının döyüləcəyi qorxusu ilə bəraət illərinə gəlib çatan Şəfiqə xanım 1959-cu il iyulun 29-da haqq dünyasına qovuşub. Hazırda Bakı şəhəri Yasamal rayonundakı 13 saylı məktəb Şəfiqə Əfəndizadənin adını daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib