SİYASƏT
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub
Tbilisi, 1 noyabr, AZƏRTAC
Son illər Gürcüstan ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq münasibətləri daha da dərinləşib. Hər iki tərəf strateji tərəfdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov ilə Gürcüstanın xarici işlər nazirinin yeni təyin olunmuş müavini Laşa Darsalia arasında keçirilmiş görüşdə səslənib.
Görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıblar.
Söhbət zamanı, həmçinin qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri barədə də fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi