MƏDƏNİYYƏT


Azərbaycan gəncliyi üçün əsl Vətən sevgisinin nümunəsi

Bakı, 19 yanvar, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20 Yanvar hadisələrinin 33-cü ildönümü ilə əlaqədar olaraq “20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan gəncliyi üçün əsl Vətən sevgisinin, azadlıq eşqinin, əzmkar mübarizənin nümunəsi olan 20 Yanvar hadisələrinin öyrənilməsi və təbliği məqsədilə təşkil olunan tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan həmin günlərdə yaşanan hadisələr bir daha xatirələrdə canlandırılıb, xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalmasından bəhs edilib.

Gənc nəslin vətənpərvərlik tərbiyəsində daim yaxından iştirak edən Respublika Gənclər Kitabxanası 20 Yanvar hadisələrinin 33-cü ildönümü ərəfəsində mövzuya dair silsilə materiallar -“Milli qürur günümüz” adlı Azərbaycan və rus dillərində videomaterial, “20 Yanvar günü” adlı ənənəvi kitab sərgisi, özündə Azərbaycan, rus və ingilis dillərində 40-da çox kitabın biblioqrafik təsvirini və annotasiyasını cəmləyən “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı biblioqrafik icmal və mətbuat materiallarından ibarət toplu hazırlayıb.

Hazırlanan materiallarda Ümummilli Lider Heydər Əliyevin hadisə dövründə Vətəndən kənarda olmasına baxmayaraq, öz xalqının səsinə hər kəsdən əvvəl səs verməsindən, baş verənlərin geniş auditoriyaya çatdırılmasında göstərdiyi səylərdən, hadisələrə siyasi-hüquqi qiymətin verilməsindən və hadisələrin beynəlxalq aləmə çatdırılmasından bəhs edilir. Materiallarda, həmçinin həmin günlərin xronologiyası, hadisənin baş vermə səbəbləri və acı nəticələri haqqında məlumatlar, faktlar, foto və videogörüntülər də öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.