Azərbaycan məktəbliləri IOI 2026-da üç bürünc medal qazanıblar
Bakı, 17 avqust, AZƏRTAC
Azərbaycan məktəbliləri Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2026) 3 bürünc medal qazanıblar.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, avqustun 9-dan 16-dək Özbəkistanın Daşkənd şəhərində keçirilən olimpiadada Azərbaycanı təmsil edən məktəblilər uğurlu nəticə göstəriblər. Olimpiadada 157 nömrəli tam orta məktəbin XI sinif şagirdi Həsən Vəliyev, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Əkbər Əhmədov və Bakı Türk Anadolu liseyinin XI sinif şagirdi Əhməd Qəmbərli bürünc medala layiq görülüblər.
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun “Azercell Telekom” MMC ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [14:27]
Gənclərin dini təhlükəsizliyi: sosial şəbəkələr və müasir çağırışlar
- 17.08.2026 [14:11]
“Maarifçi”lər arasında keçirilən intellektual oyunun qalibi məlum olub
- 17.08.2026 [13:06]
Qarabağ və Şərqi Zəngəzurun dini-mədəni irsi araşdırılır
- 17.08.2026 [12:39]
Kolleclərə qəbul olanların nəzərinə: qeydiyyat prosesi başlanır
- 17.08.2026 [11:44]
Üçüncü ixtisas qrupu üzrə qəbul statistikası və plan yerləri açıqlanıb
- 17.08.2026 [11:05]
“Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul elan olunub
- 17.08.2026 [10:59]