SİYASƏT


Azərbaycan ilə İƏT arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə İƏT arasında əməkdaşlıq müzakirə olunub

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq, təşkilatın gündəliyində duran aktual məsələlər və gələcək planlar müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə İƏT arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni, təhsil və digər istiqamətlərdə faydalı və səmərəli əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Baş katibin ölkəmizə səfəri zamanı və BMT Baş Assambleyası çərçivəsində keçirilmiş görüşlərdə aparılmış müzakirələr məmnuniyyətlə xatırlanıb.

Tərəflər ötən il ərzində keçirilən birgə tədbirlərin uğurlu təşkilinə istinad edərək, 2023-cü ildə də keçirilməsi nəzərdə tutulan tədbirlər, o cümlədən cari ilin mart ayında Mavritaniyada baş tutacaq İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu Zirvə toplantısına hazırlıq işləri barədə fikir mübadiləsi aparıblar.

Beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən mədəniyyətlərarası, dinlərarası dialoqa təhdid törədən İslamofobiya və terrorçuluq meyilləri, yoxsulluq ilə mübarizədə İƏT-ə üzv dövlətlərin həmrəyliyinin, habelə birgə səylərinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı digər regional məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.