Azərbaycanın Quba və Türkiyənin Erzin şəhərləri qardaşlaşmışlar
Ankara, 14 yanvar (AZƏRTAC). Azərbaycanın Quba və Türkiyənin Hatay vilayətindəki Erzin şəhərləri qardaş şəhərlər olmuşlar.
Bununla bağlı protokolu Türkiyənin Hatay vilayətində keçirilən birinci Beynəlxalq portağal festivalında iştirak edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev və Ercin şəhərinin kaymakamı İskəndər Yöndən imzalamışlar.
İmzalanma mərasimində Türkiyə Böyük Millət Məclisinin deputatları Mustafa Öztürk və İzzəddin Yılmaz da iştirak etmişlər.
Valeh Hacıyev və İskəndər Yöndən mərasimdə çıxış edərək, iki qardaş ölkənin şəhərləri arasında gələcək əməkdaşlığın ən yüksək səviyyədə olan münasibətlərimizə daha bir töhfə olacağını söyləmişlər. Bildirmişlər ki, imzalanmış protokola uyğun olaraq Quba və Erzin şəhərlərinin rəhbərləri və ictimaiyyətin nümayəndələrinin qarşılıqlı səfərləri təşkil ediləcək, iqtisadi və mədəni əməkdaşlığın perspektivləri müzakirə olunacaqdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [11:02]
Milli Məclisin növbəti plenar iclası: müzakirəyə 10 məsələ çıxarılıb
- 03.11.2026 [10:29]
Yaponiyalı professor Xəzər Universitetində mühazirə ilə çıxış edib
- 31.10.2026 [12:21]
Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Fransada məhbusların sayı rekord həddə çatıb
- 02.11.2026 [23:30]
Aralıq dənizində 5,1 bal gücündə zəlzələ qeydə alınıb
- 02.11.2026 [23:03]
Balakəndə “Zamanın rəngləri – Zəfər” adlı sərgi açılıb
- 02.11.2026 [22:17]
Gəncə Dövlət Milli Dram Teatrında “Əli və Nino” tamaşasının premyerası olub
- 02.11.2026 [21:29]
Finlandiyada Zəfər Günü qeyd olunub
- 02.11.2026 [21:27]
Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir
- 02.11.2026 [21:17]
Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır
- 02.11.2026 [21:00]