ELM VƏ TƏHSİL


Azərbaycanın elm və təhsil naziri Özbəkistanda bir sıra görüşlər keçirib

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Özbəkistana səfəri çərçivəsində bu ölkənin ali və orta ixtisas təhsili naziri Abdukodir Toşkulovla görüşüb.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş çərçivəsində tərəflər ali və orta ixtisas təhsili sahəsində təcrübə mübadiləsi, təhsil müəssisələrinin birbaşa əməkdaşlığı və digər məsələlər ətrafında müzakirələr aparıblar.

Emin Əmrullayev, həmçinin “Erkən uşaqlıq dövründə qayğı və təhsil” beynəlxalq konfransı çərçivəsində UNICEF-in Mərkəzi Asiya və Avropa üzrə regional direktoru Afşan Xanla görüşüb.

Görüş zamanı nazir “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin uğurla icra olunduğunu bildirib. Eyni zamanda, tərəflər qarşılıqlı maraq kəsb edən digər sahələr üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.