Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı metropoliteninin inkişafında Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan paytaxtının nəqliyyat sektorunun aparıcı seqmenti olan metropolitenin inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Bu mövzuda danışarkən Ulu öndərin illər öncə dediyi sözlər yada düşür:“Bakı metropoliteni Azərbaycan xalqının çoxəsrlik tarixində nadir bir hadisədir. Keçmiş zamanlarda heç kəs təsəvvür edə bilməzdi ki, ümumiyyətlə, yeraltı dəmir yolu olacaqdır, Bakıda belə bir dəmir yolunu yaratmaq mümkün olacaq və Azərbaycan xalqı belə bir böyük sərvətin sahibi olacaq”.

1969-cu ildə Heydər Əliyevin respublika rəhbəri seçilməsindən bir il sonra “Ulduz” stansiyasının açılışı oldu və bununla da Bakı metrosunun həyatında yeni mərhələnin başlanğıcı qoyuldu.

AZƏRTAC Ulu Öndərin metronun inkişafındakı tarixi xidmətlərinə nəzər salır.

Bakı metropoliteni 55 ildən artıqdır ki, sərnişinlərinin xidmətindədir. Bu gün isə çoxmilyonluq şəhəri metropolitensiz təsəvvür etmək olmur. Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza başçılıq etdiyi, istər 1982-1987-ci illərdə ittifaq dövlətinin ən yüksək rəhbər vəzifələrindən birində çalışdığı dövrlərdə, istərsə də müstəqillik dövründə çoxşaxəli idarəçilik fəaliyyətində metropolitenə ayırdığı diqqət xüsusi yer tutur.

Dahi şəxsiyyətin Bakının nəqliyyat arteriyası olan bu nəqliyyat növünün təşəkkül tapmasında əhəmiyyətli rolu hələ onun respublikada hakimiyyətə gəlişindən xeyli əvvələ - ötən əsrin 50-ci illərinə təsadüf edir. Tikintisi 1932-ci ildə Bakının baş planında nəzərdə tutulsa da, II Dünya müharibəsi səbəbindən təxirə salınan və yalnız 1948-ci ildə inşasına başlanılan Bakı metropoliteni böyük qısqanclıqlara elə həmin dövrdən tuş gəlmişdi. 1953-cü ildə maliyyə bəhanəsi ilə metronun tikintisi dayandırıldı. Həmin illərdə dövlət təhlükəsizliyi orqanında çalışan Heydər Əliyev SSRİ-nin strateji əhəmiyyətli şəhərləri sırasına daxil edilən Bakıda metro tikintisinin xüsusi orqanların nəzarəti ilə həyata keçirilməsi üçün hazırlıq sənədlərinin üzərində böyük zəhmət çəkdi. 1960-cı ildə tikinti işlərinin bərpasında məhz onun alt bazasını hazırladığı sənədlərin xüsusi rolu oldu. Təbii, strateji obyekt kimi, xüsusi əhəmiyyətli obyektin tikintisi xüsusi xidmət orqanlarının diqqət mərkəzində olmalı idi. Həmin dövrün metro inşaatçıları Heydər Əliyevin DTK nümayəndəsi kimi tez-tez inşaat meydançalarına gəlməsini, tikintinin xüsusiyyətləri ilə maraqlanmasını, unikal qiymətləndirmə bacarığını, fenomenal hafizəsini və hər şeydən əvvəl isə metronun bir nəqliyyat vasitəsi kimi, Bakı üçün çox önəmli olduğunu söylədiyini qeyd edirdilər. O vaxt heç metro inşaatçıları belə, metropolitenin gələcəkdə paytaxtımızın bir nömrəli nəqliyyat vasitəsi, ictimai nəqliyyatın döyünən nəbzi olacağını təsəvvür etmirdilər.

Elə bu qeyd edilənlər əyani göstərir ki, 1967-ci il noyabrın 6-da 9,2 kilometrlik yeraltı xətti boyunca yerləşən beş stansiyası ilə sərnişindaşıma prosesinə qoşulan metropolitenin Bakının əvəzsiz nəqliyyat vasitəsinə çevrilməsində Heydər Əliyev faktoru əhəmiyyətli rol olub.

Tikinti işlərinin əvvəldən Heydər Əliyevin nəzarətində olması və sonrakı illərdə metronun inşasına ayırdığı diqqət və qayğısında öz əksini tapmaqla, Bakı metropoliteninin inkişaf salnaməsinin əsası qoyuldu. Bakıda metropolitenin inkişafının yeni və xüsusi mərhələsi isə onun Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu dövrdən başlandı. Ulu Öndər 1967-ci ildən sonra tikilən metro stansiyalarının hamısının layihələrinə baxır, öz mülahizələrini bildirir, tövsiyələrini verirdi. Bunun nəticəsi olaraq metro stansiyaları, eyni zamanda, mədəniyyət və memarlıq abidəsi təsiri bağışlayırdı.

Heydər Əliyev, sadəcə, təsdiq edilmiş layihələrin icrasına deyil, metronun inkişaf perspektivlərinə xüsusi diqqət yetirirdi. Yeniləşən və ildən-ilə böyüyən Bakının əsas memarı, inkişaf istiqamətlərini müəyyən edən şəxs kimi, bu layihələrin şəhərin sosial-iqtisadi yüksəlişinə təsir gücünü bilir və yeni vüsətli inkişaf tempinə nail olmağa çalışırdı. Beləliklə, onun Azərbaycana ilk rəhbərliyi dövründə əsas yaşayış rayonlarına çevrilən ərazilərdə metronun əhəmiyyətli bir hissəsi inşa olundu.

Həmin dövrdə metropolitenin birinci növbəsinin ikinci buraxılış sahəsində - “28 May-Nizami” mənzili istiqamətində işlərə başlanılmışdı. Lakin bu sahədə qarşıya çıxan çətinliklər inşaatçıların planında dəyişikliklərə səbəb olmuşdu. Heydər Əliyev müdrik rəhbər kimi mövcud vəziyyəti dəyərləndirdi və perspektivləri nəzərə alaraq, əsas inşaat qüvvələrini üçüncü buraxılış sahəsinə - “Nərimanov” stansiyasından başlayan tunellərin tikintisinə yönəltdi. Bu minvalla ən qısa müddətdə “Ulduz” stansiyası istifadəyə hazır oldu. Bu, Heydər Əliyevin respublika rəhbəri kimi açılışında iştirak etdiyi ilk stansiya olaraq tarixə düşdü. 1970-ci il aprelin 17-də sənaye sahələrinin cəmləndiyi rayonda yeni stansiyanın istifadəyə verilməsi mərasiminə toplaşmış Bakı sakinlərini salamlayan Heydər Əliyev metro inşaatına önəmli diqqət yetiriləcəyini xüsusi vurğuladı, tunellərinin çəkilməsində dövrün müasir texnika və texnologiyalarından istifadə olunmasını qeyd etməklə yanaşı, mütəxəssislərin işinə yüksək qiymət verdi, minnətdarlığını çatdırdı.

Çox keçmədi, metro xətti böyük sənaye rayonunu mərkəzə yaxınlaşdıran “Ulduz”dan sosial-iqtisadi əhəmiyyətli ərazi kimi “8-ci kilometr” adlandırılan yaşayış sahəsinə çatdı. 1972-ci il noyabrın 6-da 3 stansiya - “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”), “Neftçilər” stansiyaları istismara verildi. Bu günün prizmasından nəzər salsaq, bunun Bakının coğrafiyasının inteqrasiyasına, neçə-neçə iri yaşayış sahəsinin inkişafına təkan verdiyini əyani müşahidə etmək olar. Hər üç stansiyanın bugünkü sərnişin yükü də bunun bariz nümunəsidir.

“Nizami” stansiyası istiqamətində aparılan işlər Bakıda metro tikintisini şübhə altına qoya bilərdi. Çünki ittifaq rəhbərliyi, ələlxüsus üzdəniraq qonşularımızın da mərkəzdə tutduğu mövqelər və əllərində olan idarəçilik imkanları vəziyyəti buna doğru aparırdı. Lakin icrası qısa müddətdə reallaşan bu layihə bütün bədxah qüvvələrin şübhələrini darmadağın etdi.

2002-ci ilin noyabrında metropolitenin 35 illik yubileyi mərasimində Ulu Öndər o illəri belə xatırlayırdı: “Mənim xatirimdədir, 1976-cı ildə “Nizami” stansiyası hazır olmuşdu. Oranı neçə dəfə su basdı. Bir dəfə səhər işə gələndə xəbər verdilər ki, tunel tamamilə su ilə dolubdur. Onu oradan çıxarmaq nə qədər çətin məsələ idi. Yaxud tunelləri qazanda hər dəfə su çıxırdı. Bilməlisiniz ki, Bakının yeraltı geoloji strukturu çox mürəkkəbdir. Bakıda keçmişdə su olmadığına görə quyular qazırdılar. Təxminən 100 il bundan öncə Bakıda ancaq quyu suyundan istifadə edirdilər. Əgər indi o quyular qapanıbsa da, onların alt hissəsi qalır. Bizim metro inşaatçıları dəfələrlə belə quyulara rast gəliblər, oradan su çıxıbdır. Bəzən insanlar da orada ağır vəziyyətə düşüblər. Amma öz işlərindən əl çəkməyiblər. Mən bu gün bu barədə böyük iftixar hissi ilə danışıram. Ona görə ki, Bakı metrosunun tikilib bu səviyyəyə çatması üçün mən illər boyu çox xidmət göstərmişəm, hətta əziyyətlər çəkmişəm”.

Ümummilli lider Heydər Əliyev metro inşaatını çox maraqlı yanaşma tərzi ilə İttifaq miqyasındakı maneələrdən qoruyurdu. Bəlkə də Bakı metropoliteninin bəxti bir də onda gətirdi ki, o dövrdə Heydər Əliyev artıq dünyanın altıda bir ərazisini ehtiva edən dövləti idarə edənlərin cərgəsində xüsusi yer tutmağa başlamışdı. Heydər Əliyev keçmiş SSRİ hökumətində yüksək vəzifədə çalışdığı dövrdə də Bakı metropoliteninin tikintisinə əvəzsiz diqqət və qayğı göstərirdi. O dövrdə Bakının bir neçə istiqamətində metropolitenin inşası başlanmış, bir çoxunda isə sürətləndirilmişdi. Buna görə qazma avadanlığı, tikinti materialları ilə təchizatda böyük çətinliklər yaranmışdı. Məhz Heydər Əliyevin mərkəzi hökumətdə, partiya rəhbərliyindəki nüfuzu tikintinin vaxtında lazımi materiallarla təchiz olunmasını təmin etdi. Yeraltı yolların tikintisində fasiləyə yol verilmədi.

1993-cü ilin iyununda xalqın təkidi ilə respublikada siyasi hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, Bakı metropolitenində də intibah dövrünün başlanğıcını qoydu. Məhz onun gəlişindən sonra Bakı metropoliteninin fəaliyyətinə tətbiq edilə biləcək siyasi maneələr tamamilə aradan qaldırıldı. Metropolitenin necə bir əziyyətlə inşa edilməsindən savayı, onun istismarının da nə qədər mürəkkəb və vacib olmasını, ən əsası, metropolitenin sosial tutumlu mahiyyətinin paytaxt üçün əhəmiyyətini dəqiq bilən Ulu Öndər bütün mümkün şayiələrə, dedi-qodulara qətiyyəti və əməlləri ilə son qoydu. Beləcə, metropolitenin texniki təchizatında dönüş yarandı. Vaqon təchizatı ilə bağlı “Metrovaqonmaş”la əlaqələr şəxsən Heydər Əliyevin nüfuzu və diplomatik təsir gücü ilə formalaşdı. Vaqonlara olan kəskin ehtiyacın aradan qalxması isə metropolitenə yenidən nümunəvi xidmət imkanlarını qaytardı.

Ümummilli Liderin Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə metropolitenin cəmi 6 stansiyası və 8,8 kilometr xətti var idi. Sonrakı dövrdə yeraltı polad magistral iki dəfədən də artıq böyüdü, 14 yeni stansiya inşa edildi. Beləliklə, Bakıda o dövr üçün mövcud 35 kilometrə yaxın metro xətlərinin 21,5 kilometri məhz Heydər Əliyevin vaxtında və birbaşa dəstəyi ilə inşa edildi.

Bu gün metropolitençilər Heydər Əliyevin vəsiyyətinə əməl etmək üçün səylərini, qüvvələrini əsirgəmirlər. “Vətəndaşlarımız, ümumiyyətlə, xalqımız bilməlidir ki, bizim millətimizin əlində nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişdən miras qalıbdır. Ancaq eyni zamanda, bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıbdır və belə bir möcüzəli şəkil alıbdır. Ona görə də Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətidir”, - deyən şəxsiyyətin metropoliten haqqındakı dillər əzbəri olmuş ifadələri metropolitençilərin sabaha, daha işıqlı gələcəyə inamının dəyərli nümunəsi və əbədi təməlidir.

Metropolitenin gələcəyi barədə “Müstəqil Azərbaycan dövləti və onun prezidenti bundan sonra da metro tikintisinə böyük diqqət yetirəcək və mövcud metronun yüksək səviyyədə istifadə edilməsini daim öz nəzarəti altında saxlayacaqdır”, - deyən Heydər Əliyevin arzuları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin quruculuq işləri ilə gerçəkləşdirilir.

2006-cı ildə məhz dövlətimizin başçısının ayırdığı vəsait hesabına Ulu Öndərin Moskvada ikən dəstəyi ilə bir qismi inşa edilmiş tunellərin tikintisi başa çatdırıldı. Ümumiyyətlə isə 2008-2011-ci illərdə “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyalarının, “28 May” stansiyasının ikinci çıxışının sərnişinlərin istifadəsinə verilməsi yeni inkişaf dövrünün başlanğıcı oldu. Bu müddətdə “İçərişəhər” və “Koroğlu” stansiyaları da yenidən quruldu.

2008-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı geniş miqyaslı işlərə başlanıldı və 2011-ci ilin martında verilən Sərəncamla Bakı metropoliteni xətlərinin konseptual inkişaf sxemi təsdiq edildi və 2011-2015-ci illər üçün dövlət proqramı qəbul olundu. Konseptual inkişaf planına uyğun olaraq, metropolitenin xətlərinin uzunluğu 119.1 kilometrə, stansiyaların sayı 76-ya çatdırılacaq. 1967-ci il noyabrın 6-sında istifadəyə verilməklə böyük inkişaf yoluna başlayan Bakı metropoliteninin hazırda 26 stansiyası, 1 elektrik deposu və 38,8 kilometr uzunluğunda 3 xətti var.

Ən müasir inşaat texnologiyalarının tətbiqi ilə “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı tikilərək istifadəyə verildi. Müstəqillik tarixinin inşasına başlanmış ilk xətti - “Bənövşəyi xətt”in ilk iki stansiyası (“Avtovağzal və “Memar Əcəmi”) 2016-cı ildə fəaliyyətə başladı.

2020-ci ildə Azərbaycan tarixinə ən Şanlı səhifələrdən biri - Ermənistanın 30 il davam edən işğalçılıq siyasətini iflasa uğradan Zəfər tarixi yazılaraq, Qarabağ və Şərqi Zəngəzur Ermənistan silahlı qüvvələrinin tapdağından azad edildi. Stansiyalarının adlarında müstəqil Azərbaycanın rəmzinə çevrilmiş tarixləri yaşadan metropoliten Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə 8 Noyabr tarixini də qürurla əbədiləşdirib, 2021-ci ildə “8 Noyabr” stansiyası istismara verilib.

Bu gün dünya ölkələrində 200-dən artıq metropoliten var. Azərbaycan və onun paytaxtının da onların arasında öz yerini tutması və bunun Azərbaycanın Ümummilli Liderinin sözləri ilə desək, xalqın milli sərvəti kimi tarixi dəyər qazanması keçmişə hörmət və ehtiram, gələcəyə isə inam mənbəyidir. İllər keçəcək, lakin Heydər Əliyevin adı ilə bağlı olan, haqqında ən uca ifadələr işlətdiyi, dəyərli irs siyahısında inkişaf edərək böyüyən işıqlı şəhərin rəmzinə çevrilmiş Bakı metropoliteni də tarixdə xüsusi yerini qoruyacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədqiqat: Həşəratların yox olması artıq qidalanma defisitinə səbəb olur

Utilizasiya proqramı çərçivəsində Naxçıvan Avtomobil Zavodunun istehsalı olan avtomobillərin də satışı həyata keçiriləcək

İlham Bayramov: Dövlət Proqramında müasir suvarma texnologiyalarının tətbiqi prioritet istiqamət kimi müəyyən edilib

BEOC-da transformasiya və texnoloji yeniliklər təqdim olunub

Azərbaycan məktəbliləri Balkan Riyaziyyat Olimpiadasında 3 gümüş və 3 bürünc medal qazanıblar

Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər

Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb

ADSEA: Qazax-Tovuz iqtisadi rayonunda suvarma infrastrukturunun gücləndirilməsi üzrə tədbirlər davam edir

İmtahanda yüksək bal toplayan abituriyent: Sistemli şəkildə hazırlaşmaq nəticə verir

ADSEA sədr müavin: Su ehtiyatlarının səmərəli idarə olunması aqrar inkişafın əsas şərtidir

Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub

Volqa-Xəzər gəmiçilik kanalının bir sahəsində gəmilərin naviqasiyası müvəqqəti dayandırılıb

CGIAR: Rəqəmsal həllərin tətbiqi sağlamlıq təhlükələrinə qarşı daha koordinasiyalı mübarizə aparmağa imkan yaradır

Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb

Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür

Nazir müavini: Yeni Dövlət Proqramında əkin sahələrinin genişləndirilməsi əsas məqsəd deyil

Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini beynəlxalq konfransda iştirak edib

Qarabağın geosiyasi perspektivlərinə dair araşdırma “Routledge” nəşriyyatında işıq üzü görüb

Nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar 1 milyon manatdan çox ödəniş olunub

Bu saata olan əsas xəbərlər

Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub

Bakı ilk dəfə Avropa Su İdmanı Federasiyasının konfransına ev sahibliyi edəcək

Əbubəkr Gizligider: Çirkab suların monitorinqi pandemiyanın erkən aşkarlanmasında mühüm rol oynayır

Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib

İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur

Xaçmazda ev yanıb VİDEO

Xaçmazda ev yanıb VİDEO

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilmə imkanları dəyərləndirilib

Şəkidə səslənən ölməz nəğmələr: Arif Babayevin xatirəsi yad olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Folklor İnstitutu birgə layihələr reallaşdıracaq

Nazir müavini: Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alır

Nazir müavini: Hökumətlər üçün riskləri erkən görmək daha tez hərəkətə keçmək deməkdir

Culfada yanğın zamanı xəsarət alan qadın ölüb

Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?

Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var

Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Bu il Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 1072 hüquqpozma faktı aşkarlanıb

Qərb bölgəsinin qədim tarixi və arxeologiyasına dair yeni elmi nəticələr təqdim edilib

Azərbaycanda intensiv meyvə bağları və istixana komplekslərinin sayı çoxaldılacaq

Natiq Əmirov: Kənd təsərrüfatında rəqabətqabiliyyətli və yüksək məhsuldarlığa əsaslanan yeni inkişaf mərhələsi formalaşdırılacaq

Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr

Azərbaycan regional investisiya mərkəzi kimi mövqeyini möhkəmləndirir

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Dünya çempionatının oyunlarını stadionlardan 1,5 milyondan çox azarkeş izləyib

Prezidentin köməkçisi: Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır

Lima və Bakı mədəni əlaqələri gücləndirir: Metropoliten Muzeyinə xalça hədiyyə ediləcək

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkənin siyasi kursunun uğurlu nəticəsidir ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilir

Çad “ASAN xidmət” təcrübəsini öyrənmək istəyir

“AzerGold” Qvineya ilə hasilat və geoloji kəşfiyyat sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

İİB Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlanıb

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

Almatıda yaşayan şəkili usta: Azərbaycan naxışları ilə sintez edəndə ortaya unikal əsərlər çıxır

Azərbaycan ŞƏT-in energetika nazirlərinin 6-cı iclasında təmsil olunub

Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb

Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb ŞƏRH

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani

“Səbail” yeni baş məşqçisini açıqlayıb

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək

Tailandda təhlükəsizlik qüvvələrinə qarşı partlayış törədilib

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə 2141 namizəd qeydiyyatdan keçib

Azərbaycanın voleybol yığmaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Lənkəran-Astara bölgəsində çiyələk və kartof təsərrüfatlarının fitosanitar vəziyyəti qiymətləndirilib

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Böyük Qayıdış: Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycan ilə İtaliya mədəni əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür

“Axios”: Vensin İsveçrəyə səfərinin təxirə salınması İranın Livanla bağlı mövqeyi ilə əlaqəli ola bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Pentaqon İrandakı əməliyyatın xərclərini qarşılamaq üçün Konqresdən 80 milyard dollar istəyib

Vitkoff: İran AEBA müfəttişlərini nüvə obyektlərinə dəvət edəcək

Ağ Ev: Vensin İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb

ABŞ-nin narkotik daşıdığı iddia edilən gəmiyə zərbəsi nəticəsində üç nəfər ölüb

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

BMT: Afrika daha sürətlə istiləşir

Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur

Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi istehsal edəcək

Peyklər Günəş panellərindən yaradılmış şəhər boyda nəhəng at təsvirini qeydə alıb

“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək

Makron: Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub