DÜNYA


Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclası keçiriləcək

Tehran, 7 may, AZƏRTAC

Mayın 17-18-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Parlament Assambleyasının 3-cü illik iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Postpandemiya dövründə əməkdaşlıq əlaqələri: Qarşıda duran çağırışlar və imkanlar” mövzusunda keçiriləcək iclasda təşkilata üzv dövlətlərin parlamentlərinin sədrləri iştirak edəcəklər.

Təşkilata üzv olan dövlətlərin parlament sədrlərinin Bakıda bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

Qeyd edək ki, ECO–nun əsası 1985-ci ildə İran, Türkiyə və Pakistan tərəfindən qoyulub. SSRİ dağıldıqdan sonra Orta Asiya respublikaları ilə yanaşı, Azərbaycan və Əfqanıstan da təşkilata üzv olublar. ECO Parlament Assambleyasının mənzil-qərargahı Pakistanın paytaxtı İslamabadda yerləşir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.