REGİONLAR


Balakəndə yaş barama tədarükünə başlanılıb

Balakən, 29 may, Mustafa Dadaşov, AZƏRTAC

Respublikamızda ilk olaraq Balakən rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə kümçülər tərəfindən rayondakı keçmiş barama toxumu zavodunun qəbul məntəqəsinə 301 kiloqram yaş barama təhvil verilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov məlumat verib.

Qurum rəsmisi bildirib ki, builki mövsümdə rayonda yaş barama istehsalının ötən illə müqayisədə 8 tona yaxın artırılaraq, 52 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirmək üçün 358 kümçü ilə müqavilə bağlanılıb, onlara 1300 qutu ipəkqurdu paylanılıb.

Mövsümün ilk günündə Qullar kəndindən Şahin Novruzov məntəqəyə 155 kiloqram, Mahamalar kəndindən Nişanə Xəlilova 90 kiloqram, Katex kəndindən Mollaisa Mahmudov isə 56 kiloqram yaş barama təhvil veriblər. Məntəqədə yaş baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.