Dmitri Mariyasin: “İqlim fəaliyyəti üçün su” təşəbbüsü son dərəcə zəruri platformadır
Bakı, 9 sentyabr, AZƏRTAC
2024-cü ildən bəri su gündəliyi daha da böyük əhəmiyyət kəsb etməyə başlayıb. Su olmadan dayanıqlı gələcək qurmaq mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri BCAW2026 çərçivəsində keçirilən "İqlim üçün su fəaliyyəti üzrə Bakı Dialoqu – Öhdəliklərdən icraya doğru: Su mərkəzli iqlim fəaliyyətinin COP31-ə doğru irəliləməsi" adlı dəyirmi masada BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin deyib.
"İqlim fəaliyyəti üçün su" təşəbbüsünün son dərəcə zəruri bir platforma adlandıran Dmitri Mariyasin bunun dünyada ehtiyac duyulan alyans modeli olduğunu deyib.
"Azərbaycanın bu birliyə rəhbərlik etməsi və dialoqu dəstəkləməsi çox təqdirəalayiqdir. İndi biz qət etdiyimiz məsafəni ikiqat artırmalıyıq", - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:12]
İqlim maliyyəsinin səfərbər edilməsi mövzusunda dəyirmi masa keçirilib
- 09.09.2026 [16:45]
Prezidentin nümayəndəsi: Sudan səmərəli istifadəni təkmilləşdirməliyik
- 09.09.2026 [15:15]