REGİONLAR


Beyləqanda çiyid səpini davam edir - bu günədək 6634,3 hektar sahədə səpin aparılıb

Beyləqanda çiyid səpini davam edir - bu günədək 6634,3 hektar sahədə səpin aparılıb

Beyləqan, 27 aprel, AZƏRTAC

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Beyləqanda çiyid səpini davam edir. Sahələri vaxtında şumlayıb, arata qoyub, malalayaraq hazır vəziyyətə gətirən beyləqanlı pambıqçılar bu günədək 6634,3 hektarda səpin həyata keçiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 4696,8 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 3200 hektarı “Azərpambıq” MMC və 850 hektarı “P-Aqro” MMC ilə olmaqla, 8746,8 hektarda pambıq əkini nəzərdə tutulub. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Rayonda səpinə kifayət qədər səpin aqreqatı cəlb olunub və səpin işlərinin qısa müddətinə başa çatdırılacağı planlaşdırılır.

Qeyd edək ki, 2019-cu ildə Beyləqan rayonunda 9706,1 hektar sahədə pambıq əkilib, 29,4 min ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,3 sentner olub. Ötən il pambıq istehsalı 2018-ci illə müqayisədə 7523 ton çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.