İQTİSADİYYAT


Birləşmiş Krallığın Kosmik Agentliyi ilə “Azərkosmos”un əməkdaşlığının perspektivləri müzakirə olunub

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 20-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.

“Azərkosmos” ASC-dən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində E.Nikolson “Azərkosmos”un rəhbərliyi ilə görüşüb. Görüş zamanı qonağa “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və bu ilin fevral ayından kommersiya fəaliyyətinə başlayan “Azerspace-2” telekommunikasiya peyki barədə məlumat verilib.

E.Nikolson kosmik sahədə elmi-təcrübi tədqiqatların aparılması məqsədilə “Azərkosmos”un nəzdində yaradılan Tədqiqat və İnkişaf Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Görüşdə Azərbaycanda kosmik sahədə kadr potensialının inkişaf etdirilməsi, şirkətdə toplanmış təcrübənin tələbələrə ötürülməsi və yerli mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər qeyd olunub. “Azərkosmos”un kosmik sahə üzrə startap ekosistemində gördüyü işlər qonağın diqqətinə çatdırılıb. Birləşmiş Krallığın Kosmik Agentliyi və “Azərkosmos” arasında qurulan əməkdaşlığın perspektivləri müzakirə olunub. Peyk texnologiyaları sahəsində qlobal trendlər və telekommunikasiya sektorunun dəyişən dinamikası haqqında da fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.