DÜNYA


Bu il Avropaya 60 mindən çox miqrant və qaçqın gəlib

Bakı, 10 avqust, AZƏRTAC

2018-ci ilin əvvəlindən indiyədək Aralıq dənizi vasitəsi ilə Avropaya gələn miqrant və qaçqınların sayı 60 min nəfəri ötüb, 1524 nəfər isə həlak olub və ya itkin düşüb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu avqustun 10-da Beynəlxalq Miqrasiya Təşkilatından bildiriblər. Təşkilatın nümayəndəsi Coel Millman Cenevrədə təşkil olunan brifinqdə çıxış edərkən avqustun 8-dək Avropaya 60 min 309 mühacir və qaçqının daxil olduğunu deyib. Onlardan 24,6 minini İspaniya, 19 minini İtaliya, 16,5 minini Yunanıstan, 250 nəfəri Malta, 100 nəfəri isə Kipr qəbul edib.

Həmçinin təşkilatın məlumatına əsasən, 2018-ci ilin əvvəlindən bəri bütün dünyada 2370 mühacir və qaçqın həlak olub.

Qeyd edək ki, ötən ilin analoji dövrü ərzində Aralıq dənizi vasitəsi ilə Avropaya 117 mindən artıq, 2016-cı ildə isə 263 mindən çox miqrant və qaçqın gəlmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.