Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir
Tbilisi, 19 sentyabr, AZƏRTAC
“İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni siyasi reallıqlar formalaşıb. Bunlar, ilk növbədə, Azərbaycan Prezidentinin yürütdüyü düzgün və məqsədyönlü siyasətin nəticəsidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Tengiz Txilava deyib.
Politoloq bildirib ki, Azərbaycan ötən illər ərzində müvəqqəti olaraq itirdiyi ərazilərini geri qaytarmağa nail olub, regionda çox mühüm beynəlxalq layihələrin həyata keçirilməsinə başlayıb. Bu gün işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa və reabilitasiya işləri uğurla davam etdirilir.
Onun sözlərinə görə, bu təcrübə Gürcüstan üçün də diqqətəlayiq bir nümunədir. Azərbaycanın nümunəsi ərazilərin bərpası üçün hansı mərhələlərdən keçilməli olduğunu aydın göstərir. Təhlillər göstərir ki, belə bir nəticəyə nail olmaq üçün ölkə güclü silahlı qüvvələr formalaşdırmalıdır. Güclü ordunun qurulması isə öz növbəsində dayanıqlı iqtisadiyyat, etibarlı müttəfiqlər və rəqibin neytrallaşdırılmasını tələb edir. Azərbaycan bütün bu mərhələləri mərhələli şəkildə və böyük uğurla həyata keçirib.
Müsahibimiz əlavə edib ki, bu gün Cənubi Qafqazda yaranmış reallıq Gürcüstana da itirilmiş ərazilərin bərpasının mümkünlüyünə dair böyük ümid verir. Bu, keçmiş Sovet İttifaqı məkanında ilk belə emal olunmuş presedentdir və bu müsbət nümunənin davamlı olacağı gözlənilir.