MƏDƏNİYYƏT


“Burdan min atlı keçdi” tamaşası nümayiş olunub

Bakı, 13 yanvar, AZƏRTAC 

Binəqədi Rayon İcra Hakimiyyəti və İrəvan Dövlət Azərbaycan Dram Teatrının birgə təşkilatçılığı ilə şair-dramaturq Hidayət Orucovun “Burdan min atlı keçdi” əsəri əsasında hazırlanmış tamaşası nümayiş olunub.

Tamaşa Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin 2015-ci il üçün təsdiq edilmiş iş planına uyğun olaraq “Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” istiqamətində ilk tədbiri olaraq təşkil edilib.

Tamaşa XX əsrin sonlarında Qafqazda münaqişələrin alovlanması məqsədi ilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı ümummilli lider Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin Qərbi azərbaycanlıların erməni şovinistləri ilə gərgin mübarizəsini əks etdirir.

Tamaşada Ulu Öndər Azərbaycan xalqı qarşısında şərəfli missiyasını layiqincə yerinə yetirən lider kimi səciyyələndirilib, bu dahi şəxsiyyətin zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə deyil, həm də idealına çevrildiyi bildirilib. Zamanın çətin sınaqları ilə üzləşən Azərbaycan xalqını parçalanmaqdan, xaosdan xilas edib inkişaf mərhələsinə çatdıran ümummilli lider Heydər Əliyev Azərbaycan coğrafiyasına, yalnız bir zamana sığmayan milli və milli olduğu qədər də bəşəri şəxsiyyət kimi xarakterizə edilib.

Səhnə əsərində İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları rol alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.