RF Dəmir Yolları: Rusiya taxılının Azərbaycandan tranzitlə Ermənistana tədarükü müntəzəm xarakter alıb
Moskva, 11 fevral, AZƏRTAC
Rusiya taxılının RF Dəmir Yolları şəbəkəsi ilə Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana tədarükü müntəzəm xarakter alıb və bu marşrutun inkişafının davam etdirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” ASC baş direktorunun birinci müavini Sergey Pavlov İdarə Heyətinin yekun iclasında məlumat verib.
Onun sözlərinə görə, ötən ilin noyabrında yükdaşımalara qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından uzun illər sonra ilk dəfə Rusiyadan Ermənistana taxıl yüklü qatar göndərilib. “Hazırda tədarüklər müntəzəm xarakter alıb. Bu marşrut üzrə daşımaların inkişafını davam etdirməyi planlaşdırırıq”, – deyə o bildirib.
Daha əvvəl Rusiya Nəqliyyat Nazirliyi məlumat vermişdi ki, 1990-cı illərdən sonra ilk dəfə olaraq 2025-ci ilin noyabrında Azərbaycandan tranzit keçməklə dəmir yolu marşrutu üzrə 15 taxıldaşıyan vaqondan ibarət ilk buğda partiyası Ermənistana göndərilib. Bu ilin yanvar ayının sonunadək həmin istiqamət üzrə əlavə 132 vaqon buğdanın daşınması nəzərdə tutulurdu, eyni zamanda, digər yük kateqoriyaları üzrə tədarüklər də işlənib hazırlanır.
Bundan əlavə, S.Pavlov “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə logistika xidmətlərinin rəqəmsal formata keçirilməsi barədə razılaşma əldə edildiyini bildirib. Tərəflər kağızsız texnologiya əsasında daşımalar və vaqonların dislokasiyası barədə məlumat mübadiləsi üzrə “Azərbaycan Dəmir Yolları” ilə razılığa gəlib, həmçinin İran dəmir yolları ilə informasiya mübadiləsi qaydasını tənzimləyən sənəd imzalanıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [19:10]
Şirvan kanalında tikinti işləri eyni vaxtda 4 mərhələ üzrə sürətləndirilib
- 11.02.2026 [17:49]
Dövlət Xidməti: 7 obyekt icarə müsabiqəsinə çıxarılıb
- 11.02.2026 [17:32]
® “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
- 11.02.2026 [17:26]
Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 11.02.2026 [17:23]