Azad edilmiş ərazilərdə məşğulluq imkanlarına dair fləş-mob təşkil olunub
Bakı, 11 fevral, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin nümayəndəliklərinin dəstəyi ilə Böyük Qayıdış Proqramı çərçivəsində növbəti videofləş-mob təşkil olunub.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, videofləş-mob azad olunmuş ərazilərdə məşğulluq imkanlarını və bərpa-quruculuq işlərində vətəndaşların fəal iştirakını nümayiş etdirmək məqsədi daşıyır. Çəkilişlər Qarabağın və Şərqi Zəngəzurun müxtəlif bölgələrində – hazırda həyatın bərpa olunduğu kənd və şəhərlərdə aparılıb.
Fləş-mobda işğaldan azad edilmiş ərazilərdə müxtəlif sahələrdə çalışan vətəndaşlar iştirak ediblər. Onlar öz iş yerlərindən səsləndirdikləri qısa və təsirli şüarlarla həm gördükləri işin mahiyyətini izah edib, həm də doğma yurduna qayıtmağa hazırlaşan soydaşlarımıza həmrəylik mesajı ünvanlayıblar. Həmin videonu təqdim edirik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [18:50]
Gürcüstanın Şidi Kartli bölgəsindəki 12 kənd – Keçmişdən bu günə səyahət
- 11.02.2026 [17:16]
Neftçalada “Sahib” şadlıq evində nöqsanlar aşkarlanıb
- 11.02.2026 [16:06]
AQTA-nın mütəxəssisləri özbəkistanlı həmkarları ilə təcrübələrini bölüşüblər
- 11.02.2026 [15:48]