İstanbulda regional investisiyaların təşviqi və “TurkIPAnet”in yeni imkanları müzakirə olunub
İstanbul, 11 fevral, Günel Karatepe, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) və Türk İnvestisiya Fondu (TIF) tərəfindən regional dialoq sessiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Mərkəzi Asiya və Türkiyədə regional investisiyaların təşviqi və tanıdılması sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş tədbirdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Merei Mukajan iştirak edib.
Sessiyada çıxış edən Mukajan TDT-nin fəaliyyəti, iqtisadi əməkdaşlıq istiqamətləri və Türk İnvestisiyalarının Təşviqi Şəbəkəsinin (TurkIPAnet) rolu barədə danışıb. O, regionda investisiya mühitinin gücləndirilməsində strukturlaşdırılmış əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Tədbirdə, həmçinin TDT-nin layihə direktoru Fərid Məmmədov “TurkIPAnet”in gələcək planları, investisiya portalı təşəbbüsü və mümkün əməkdaşlıq istiqamətləri barədə məlumat verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [16:31]
Avropa Parlamentinin miqrasiya siyasətində sağçıların təsiri güclənir
- 11.02.2026 [15:55]