Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vitse-prezidentin Bakı səfəri ABŞ-Azərbaycan münasibətlərində yeni strateji mərhələnin başlanğıcıdır RƏY

Vitse-prezidentin Bakı səfəri ABŞ-Azərbaycan münasibətlərində yeni strateji mərhələnin başlanğıcıdır RƏY

Bakı, 11 fevral, AZƏRTAC

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri sıradan diplomatik təmas kimi deyil, Vaşinqtonun Bakı ilə münasibətlərə verdiyi yüksək siyasi əhəmiyyəti və dəyəri göstərən hadisə kimi qiymətləndirilməlidir. Bu səfər ABŞ-ın xarici siyasət strategiyasında Azərbaycanın nə qədər önəmli yer tutduğunu bir daha nümayiş etdirdi. Vensin Azərbaycana səfəri xüsusunda, Bakı-Vaşinqton əlaqələrinin müasir xarakterində Prezident Trampın şəxsi rolu xüsusi olaraq vurğulanmalıdır. Prezident İlham Əliyevlə Prezident Tramp arasında pozitiv münasibətlər mövcuddur və bu, Bakı–Vaşinqton münasibətlərinin hazırkı dinamikasını müəyyənləşdirən ən mühüm cəhətdir. Ümumilikdə, ABŞ-ın yeni xarici siyasət konsepsiyasına görə, Azərbaycan Cənubi Qafqazda və geniş Avrasiya məkanında açar ölkə kimi qiymətləndirilir. 2025-ci avqustun 8-də Ağ Evdə keçirilən görüşdən və imzalanan sənədlərdən sonra isə ikitərəfli əlaqələr tamamilə yeni səviyyədə qalxıb. Tramp hakimiyyəti öz sələfi Cozef Baydenin ölkəmizə qarşı qeyri-adekvat münasibətini təkrarlamadı. Əksinə, buzların əriməsi, əlaqələrin inkişafı üçün addımlar atıldı. Əlbəttə, bu məsələdə dəyişən reallıqlar, o cümlədən Azərbaycanın qlobal siyasi oyunçuya çevrilməsi mühüm rol oynadı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli söyləyib.

O qeyd edib ki, Azərbaycan ABŞ üçün həm Mərkəzi Asiyaya, həm də Türk dünyasına açılan strateji pəncərə kimi qiymətləndirilir. Məhz bu baxımdan Vitse-prezidentin səfəri həm regional balans, həm də sülh prosesinin irəliləməsi üçün əhəmiyyətli addımdır. Vens çıxışında Azərbaycanda hökm sürən tolerant mühiti qeyd edərək, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və dostluq şəraitində yaşadığını bildirib. Eyni zamanda, Azərbaycan Prezidenti ilə söhbət zamanı TRIPP nəqliyyat dəhlizinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanla ABŞ arasında siyasət, iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, süni intellekt mərkəzlərinin yaradılması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını görüşün yaddaqalan hadisələrindən hesab edən deputat deyib: “Strateji Tərəfdaşlıq Xartiyası nəticəsində münasibətlər tamamilə yeni mərhələyə daxil oldu. Lakin təkcə ikitərəfli münasibətlərdə yeni dinamika yaranmadı, həm də Cənubi Qafqazda "oyun qaydaları" dəyişdi. Strateji baxışın simvolu olan bu sənəd Azərbaycanla ABŞ arasında münasibətlərin yeni mərhələyə keçdiyini açıq şəkildə nümayiş etdirir. Qarşılıqlı maraqlar və ortaq məqsədlər üzərində qurulan bu tərəfdaşlıq, regional sabitliyin möhkəmləndirilməsi, qlobal çağırışlara birgə cavab verilməsi və davamlı sülhün təmininə töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır. Dünyanın birinci dövləti ilə Cənubi Qafqazın aparıcı siyasi aktoru arasında imzalanan sözügedən sənəd hər iki tərəfin strateji maraqlarına cavab verir. ABŞ Vitse-prezidentinin səfəri, eyni zamanda, Zəngəzur dəhlizinin bir qolu olan TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzrə işlərin sürətləndirilməsinə, Ermənistan tərəfindən hər hansı gecikmələrin və ya prosesdən yayınmaların qarşısının alınmasına yönəlib. Bu məsələdə verilən mesaj olduqca aydındır: TRIPP marşrutu vasitəsilə Azərbaycanla Naxçıvan arasında maneəsiz bağlantının yaradılması, Orta Dəhlizin qlobal logistika xəritəsində mövqeyinin gücləndirilməsi ABŞ üçün strateji əhəmiyyət daşıyır. Vaşinqton bu prosesdə söz sahibi olmaq istəyir və məhz buna görə TRIPP brendləşdirilir. Beləliklə, Zəngəzur dəhlizi regional təşəbbüsdən çıxaraq qlobal iqtisadi və təhlükəsizlik layihəsinə çevrilir. Ona qarşı çıxmaq artıq təkcə Azərbaycana deyil, birbaşa ABŞ maraqlarına qarşı çıxmaq kimi qiymətləndiriləcək. Bir sözlə, Azərbaycan-ABŞ münasibətlərinin hazırkı mənzərəsi, sadəcə, iki dövlət arasındakı rəsmi əlaqələri deyil, həm də qlobal siyasətdə ən uğurlu diplomatiya modelinin nümunələrindən birini təşkil edir. Vitse-prezident Vensin səfəri çərçivəsində imzalanan sənədlər və TRIPP layihəsinin icrasına yekdil rəy Azərbaycanın regional liderliyini beynəlxalq səviyyədə bir daha təsdiqləyəcək. Bu prosesin sonunda Azərbaycan-ABŞ strateji müttəfiqliyi daha da güclənəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub

Transxəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib