İqtisadçı-alimin fond bazarlarına dair monoqrafiyası nəşr olunub
Bakı, 11 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Monetar və fiskal tənzimləmə problemləri şöbəsinin müdiri iqtisad elmləri doktoru Yaşar Məmmədovun “Müasir iqtisadiyyatın güzgüsü: fond bazarlarının dünya və Azərbaycan reallıqları” monoqrafiyası nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada dünya və milli fond bazarlarının inkişaf istiqamətləri müasir iqtisadi transformasiyalar kontekstində təhlil edilir. Müəllif beynəlxalq bazarların iqtisadi artım, investisiya hərəkətləri və maliyyə sabitliyi ilə qarşılıqlı təsir mexanizmlərini nəzəri-metodoloji və faktlara əsaslanan yanaşma ilə qiymətləndirir. Tədqiqatda fond bazarının ölkə iqtisadiyyatına təsiri qlobal və regional bazar kapitallaşması göstəriciləri ilə müqayisəli şəkildə dəyərləndirilir, həmçinin bazarın effektivliyini məhdudlaşdıran əsas problemlər elmi-analitik çərçivədə müəyyən edilir. Bundan əlavə, kapital axınlarının diversifikasiyası, bazar iştirakçılarının fəallığının artırılması və tənzimləmə mexanizmlərinin qabaqcıl beynəlxalq təcrübə ilə uzlaşdırılması üzrə elmi əsaslandırılmış və praktiki tətbiqə yararlı təkliflər irəli sürülür. Nəşr maliyyə bazarları sahəsində elmi-tədqiqat aparan alimlər, analitiklər və mütəxəssislər, habelə müvafiq ixtisas üzrə təhsil alan tələbələr üçün etibarlı istinad mənbəyi kimi dəyərləndirilir.
İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çapa tövsiyə edilən kitabın rəyçiləri Azərbaycan Respublikası Auditorlar Palatasının sədri professor Vahid Novruzov, Odlar Yurdu Universitetinin Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektoru professor Elşad Məmmədov, elmi redaktoru professor Gülşən Yüzbaşıyevadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [17:24]
BDU məzunları üçün karyera inkişaf layihəsinə başlanılıb
- 11.02.2026 [17:13]
WUF13: Dayanıqlı şəhər inkişafı GDU-da diqqət mərkəzində
- 11.02.2026 [15:38]
BMU ilə Xəlifə Universiteti arasında əməkdaşlıq genişlənir
- 11.02.2026 [15:27]
Azərbaycan-Türkiyə peşə təhsili əməkdaşlığı icra mərhələsinə keçir
- 11.02.2026 [14:44]