Anapada texnikumda atışma nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb
Moskva, 11 fevral, AZƏRTAC
Krasnodar diyarının Anapa şəhərində yerləşən Sənaye Texnikumunda baş vermiş atışma nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, regional hakimiyyət orqanları və hüquq-mühafizə orqanlarının məlumatına görə, tələbə təhsil müəssisəsinin foyesində naməlum silahdan atəş açıb və saxlanılıb. İlk zərbəni üzərinə götürən mühafizəçi həlak olub.
Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş idarəsinin mətbuat xidmətindən bildirilib ki, zərərçəkənlərdən ikisi orta ağır dərəcəli xəsarət alıb. Yaralılara tibbi yardım göstərilməsi üçün Anapanın tibb müəssisələri hazır vəziyyətə gətirilib, yaralıların sayı dəqiqləşdirilir.
Baş vermiş hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma başlanılıb, operativ xidmət orqanlarının əməkdaşları hadisə yerində işləyir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [18:16]
Qazaxıstanda yeni Konstitusiya üzrə referendum martın 15-də keçiriləcək
- 11.02.2026 [17:48]
Bolqarıstan iqtisadiyyatının avroya keçiddən sonra ilk nəticələri açıqlanıb
- 11.02.2026 [16:31]