Qazaxıstanın yeni Konstitusiya layihəsinin referenduma çıxarılması təklif olunub
Astana, 11 fevral, AZƏRTAC
Qazaxıstan Respublikası Konstitusiya Komissiyasının rəhbəri və Konstitusiya Məhkəməsinin sədri Elvira Azimova yeni Konstitusiya layihəsinin ümumxalq referendumuna çıxarılmasını təklif edib.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, Azimova bu açıqlamanı Konstitusiya Komissiyasının 12-ci iclasında verib.
“Komissiya Prezidentin məşvərət orqanı olduğundan, əksəriyyətin rəyini nəzərə alaraq dövlət başçısına yeni Konstitusiya layihəsinin ümumxalq referendumuna çıxarılmasını təklif etməyi zəruri hesab edirəm”, - deyə o bildirib.
Azimova vurğulayıb ki, Prezident referendum keçirmək qərarına gələrsə, Konstitusiya Komissiyasının missiyası başa çatmış hesab ediləcək. Lakin onun üzvlərinin iş prosesi davam edəcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [16:31]
Avropa Parlamentinin miqrasiya siyasətində sağçıların təsiri güclənir
- 11.02.2026 [15:55]