Xarkov vilayətinə Rusiyanın endirdiyi zərbələr nəticəsində 6 nəfər həlak olub
Kiyev, 11 fevral, AZƏRTAC
Rusiyanın 9 və 11 fevral tarixlərində Ukraynanın Xarkov vilayətindəki Boqoduxov şəhərinə endirdiyi zərbələr nəticəsində üçü uşaq olmaqla altı nəfər həlak olub. Şəhərdə üçgünlük matəm elan edilib.
AZƏRTAC bu barədə Boqoduxov meri Vladimir Belıyın “Facebook” paylaşımına istinadla xəbər verir.
“Bu gün düşmən insanın ağlına gəlməyən bir cinayət törədib. Şəxsi evə endirilən zərbə nəticəsində bir yaşına çatmamış iki oğlan və ikiyaşlı qız uşaqları həlak olub. Onların 34 yaşlı atası da həlak olub. Ana və nənə tibbi müşahidə altında həyatları uğrunda mübarizə aparırlar”, - deyə mer bildirib.
O əlavə edib ki, bu faciə və son iki gündə mülki şəxslərin ölümü ilə əlaqədar olaraq 11, 12 və 13 fevral tarixlərində şəhərdə matəm elan edilib. Qara lentli Ukrayna Dövlət bayrağı inzibati binalarda, müəssisələrdə və qurumlarda endirilib, bütün əyləncə və ictimai tədbirlər ləğv edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [16:31]
Avropa Parlamentinin miqrasiya siyasətində sağçıların təsiri güclənir
- 11.02.2026 [15:55]