Murat Kurum: COP31-ə hazırlıqlar çərçivəsində təcrübəmizi birləşdiririk
İstanbul, 11 fevral, Günel Karatepe, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) hazırlıq prosesi ilə bağlı növbəti məşvərət toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantı ilə bağlı açıqlama verən Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in Prezidenti Murat Kurum “COP31-ə hazırlıqlar çərçivəsində Azərbaycan, Braziliya və Türkiyə olaraq sədrliyə dair təcrübəmizi birləşdiririk”, - deyə bildirib.
O, həmçinin deyib: “COP31-ə hazırlıqları ətraflı müzakirə etdiyimiz toplantıda sədrliyə malik ölkələr arasında koordinasiyanın gücləndirilməsi, proseslərin uzlaşdırılması və konkret nəticələrin əldə olunmasına yönəlmiş iş çərçivəsi formalaşdırdıq.
Azaldılma, uyğunlaşma və maliyyələşmə kimi bütün əsas istiqamətləri nəzərə alaraq, fəaliyyət gündəliyi ilə paralel şəkildə işləyirik”.
Görüş Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiellin və COP30-un Prezidenti Andre Korrea do Laqonun iştirakı ilə keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [12:59]
Sabah hava əsasən yağmursuz keçəcək
- 11.02.2026 [10:28]
Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
- 10.02.2026 [15:49]
Sabah axşam yağıntılar tədricən kəsiləcək VİDEO
- 10.02.2026 [14:37]
Yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA
- 10.02.2026 [12:50]
Sabah hava yağıntılı olacaq, bəzi yollar buz bağlayacaq
- 10.02.2026 [10:55]