REGİONLAR


Çiyid səpinini başa çatdıran beyləqanlı pambıqçılar becərmə işləri aparırlar

Beyləqan, 30 may, AZƏRTAC

Çiyid səpinini optimal müddətdə başa çatdıran Beyləqan pambıqçıları hazırda becərmə işlərini həyata keçirirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan rayonunda 4723,7 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 3200 hektarı “Azərpambıq” MMC və 820 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında olmaqla ümumilikdə 8743,7 hektarda çiyid səpini aparılıb. Sahələrin hamısında normal bitiş alınıb. Hazırda əkin sahələrində kultivasiya və dərmanlama işləri aparılır. Müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.

Xatırladaq ki, 2019-cu ildə Beyləqan rayonunda 9706,1 hektar sahədə pambıq əkilib, 29,4 min ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,3 sentner olub. Ötən il pambıq istehsalı 2018-ci illə müqayisədə 7523 ton çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.