ELM VƏ TƏHSİL


DİM-də qəbul və buraxılış imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Dövlət İmtahan Mərkəzində (DİM) fizika, rus dili (tədris dili) və rus dili (əsas xarici dil) fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, gündəlik məsələ fizika fənnindən ali təhsil müəssisələrinə qəbul imtahanı, rus dili (tədris dili) və rus dili (əsas xarici dil) fənlərindən isə 9 illik (ümumi orta təhsil) təhsil səviyyəsi üzrə buraxılış imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.

Müzakirəyə təqdim olunmuş hər bir tapşırıq mövzu, qabiliyyət göstəricisi və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. Müvafiq fənn kurikulumunun məzmun standartlarının tələblərinə və təlim nəticələrinə uyğun tapşırıqlar imtahan modeli üçün qəbul olunub.

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.