CƏMİYYƏT


FHN şimal-qərb rayonlarında leysanla əlaqədar görülən təxliyə işlərinə dair məlumat yayıb

Bakı, 11 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) respublikamızın şimal-qərb rayonlarında leysan xarakterli yağışlar nəticəsində görülən təxliyə işlərinə dair məlumat yayıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, avqustun 10-11-də gecə və səhər saatlarında respublikanın şimal-qərb rayonlarında yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala rayonunun Höytala və Vöhtala kəndləri ərazisində Tala çayında və Balakən rayonunun İkitala kəndi ərazisində Katex çayında suyun səviyyəsi artıb. Nəticədə açıq ərazilər, kəndlərə gedən avtomobil yolları, bəzi həyətyanı sahələr yağış suları ilə dolub. FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş müraciətlərlə əlaqədar subasma ərazisində köməksiz vəziyyətdə qalmış vətəndaşların təhlükəsiz əraziyə köçürülməsi, suçəkmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin görülməsi üçün nazirliyin Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq xilasetmə qüvvələri və texnikası hadisə rayonlarına cəlb olunub.

Əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.