Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gənclər Kitabxanasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib

Bakı, 30 dekabr, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların birlik, vəhdət günü olmaqla yanaşı, bu günün doğma Azərbaycanın mənafeyi naminə həmrəyliyinə və birgə fəaliyyətinə xidmət etdiyini bildirib.

A.Cəfərov dövlətimizin başçısı tərəfindən Ümummilli Liderin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq dahi öndərin anadan olmasının 100 illiyi münasibətilə qarşıdan gələn 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasını və onunla bağlı əhatəli Tədbirlər Planı təsdiq edilərək həyata keçirilməsinə başlanıldığını bildirib.

Tədbirdə kitabxananın illik fəaliyyəti də müzakirə edilib. Prezident İlham Əliyevin 2022-ci ildə mədəniyyət sahəsində keçirdiyi islahatlar, imzaladığı sərəncamlar haqqında məlumat verilib. Aslan Cəfərov Prezidentin Sərəncamı ilə bu ilin ölkəmizdə “Şuşa İli” elan edilməsinin, ədəbiyyat inciləri olan Xurşidbanu Natəvanın 190, Ömər Faiq Nemanzadənin 150, Hüseyn Cavidin 140, Əhməd Cavadın 130, musiqi korifeyləri Əhməd bəy Bakıxanovun 130, Fikrət Əmirov və Rauf Hacıyevin 100 illik yubileyləri münasibətilə Tədbirlər Planının hazırlanıb həyata keçirilməsinin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, musiqisinə olan yüksək dəyərin təcəssümü olduğunu bildirib. Direktor Respublika Gənclər Kitabxanasının öz fəaliyyət istiqamətlərinin ölkəmizdə mədəniyyət sahəsində imzalanan sərəncamlara və bu sərəncamlardan irəli gələn tədbirlər planına uyğun olaraq təşkil edildiyini vurğulayıb.

Müzakirə ediləcək məsələlər sırasında A.Cəfərov, ilk növbədə, dövlət başçısı tərəfindən ölkəmizdə elan edilən “Şuşa İli” çərçivəsində Respublika Gənclər Kitabxanasının əməkdaşlarının Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı ilə əlaqədar təşkil edilən Şuşa səfəri haqqında danışıb.

Kitabxananın rəsmi veb-saytının müasir informasiya meyarlarına uyğun olaraq tamamilə yenilənməsi məsələsi diqqətə çatdırılıb. Yeni yaradılan sayt özündə yeni bölmələr, elektron xidmətlər və istifadəçilərlə virtual ünsiyyət üçün bir sıra yeni imkanlar cəmləyir. Müzakirələr zamanı yeni yaradılan saytın ümumilikdə müasir kitabxana xidmətlərinin göstərilməsinə istiqamətlənməsi vurğulanıb.

Bildirilib ki, kitabxana sayt xidmətləri ilə yanaşı, sosial şəbəkələrdə olan fəaliyyətində daim diqqət mərkəzində saxlamış və hazırda kitabxananın instaqram səhifəsi gündəlik olaraq yeni maraqlı məlumatlarla yenilənərək 14 mindən çox istifadəçiyə xidmət göstərir.

Hesabat iclasında sözügedən müddət ərzində kitabxananın on əməkdaşının kompüter proqramları biliklərinin təkmilləşdirilməsi məqsədilə kitabxananın hesabına tədris kurslarına yönləndirilməsi məsələsinə də toxunulub. Bu əməkdaşlar müasir kitabxanaların tələbatına cavab verən poliqrafik dizayn, təqdimat proqramlarının tədrisinə cəlb ediliblər.

İclasda kitabxananın fondunu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə həyata keçirdiyi “Nəşrlərin satınalınması müsabiqəsi” haqqında da danışılıb. Bir ay müddətində davam edən müsabiqəyə 14 nəşriyyat və üç müəllifdən 199 adda 3096 nüsxə kitab daxil olub. Müsabiqəyə daxil olan kitablar arasında ali məktəb dərslikləri, müxtəlif mövzuları əhatə edən ensiklopediyalar, Azərbaycan və xarici ədəbiyyat nümunələri, şanlı Zəfər tarixinə həsr olunan əsərlər üstünlük təşkil edir. Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yaradılan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirib.

Tədbirdə Respublika Gənclər Kitabxanasının nəşrə hazırladığı “Şuşa sən azadsan!” kitabı haqqında da məlumat verilib. Sözügedən kitabda Azərbaycanın şanlı Zəfər tarixi - 44 günlük müharibəyə həsr olunmuş, 20-yə yaxın gənc yazarın qələminin məhsulu olan 30-dan çox ədəbiyyat nümunələri toplanıb. Kitabın “Ön söz”ünün müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, tərtibçi və redaktoru Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyndir.

Kitabxana il ərzində “GUYS” İctimai Birliyinin təşkilatçılığı, Respublika Gənclər Kitabxanasının və “Freres Wear” MMC-nin tərəfdaşlığı ilə “Binary School” proqramı çərçivəsində “Creative Summer” layihəsini həyata keçirib. Əsas məqsədi qrafik dizayna marağı olan gənclərin fəaliyyətini bu istiqamət üzrə stimullaşdırmaq və onların inkişafına töhfə verməkdən ibarət olan bu layihə çərçivəsində 30-dan çox gəncə 2 ay müddətində qrafik dizayn proqramları - Adope Photoshop və İllüstrator proqramları tədris edilib.

Kitabxanada gənclərlə yanaşı, Cəlilabad, Masallı və Yardımlı rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin (MKS) əməkdaşları üçün də təlimlər təşkil edilib.

Kitabxana-informasiya sahəsində biliklərinin artırılması, yeniliklərin müzakirəsi, kitabxanalar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi məqsədilə keçirilən təlimdə “Vahid Mərkəzləşdirilmiş Kitabxana Portallarında saytların idarə olunması prinsipləri, yeni məlumatların əlavə edilməsi, eləcə də texniki problemlərin aradan qaldırılması yolları”, “ALİSA proqramı - işləmə prinsipi, əməliyyatlar və çətinliklərin müzakirəsi”, “Kitabxanalarda kütləvi tədbirlərin təşkili və kütləvi informasiya vasitələrində təbliği”, “Metodiki vəsaitlərin və multimedia materiallarının hazırlanması prinsipləri, eləcə də proqram təminatı” mövzularında tədris aparılıb. Həmçinin kitabxana mütəxəssisləri arasında kitabxanaların qarşısında duran yeni vəzifələr, eləcə də virtual məkana inteqrasiya və s. mövzularda da fikir mübadiləsi aparılıb.

İclasda Gənclər Kitabxanasının VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirakı mövzusuna da toxunulub. Qeyd olunub ki, kitabxana sərgiyə incəsənət, tarix, bədii ədəbiyyat və digər sahələri əhatə edən 200-dən artıq kitabla qatılıb. Nəşrlər içərisində kitabxananın bu il elan etdiyi “Nəşrlərin satınalması” müsabiqəsi nəticəsində əldə edilən son illər nəşr olunan kitablar üstünlük təşkil edib.

Müzakirələrdə bu müddət ərzində kitabxananın “Xurşidbanu Natəvan - 190”, “Mirzə Ələkbər Sabir - 160”, “Məmməd Səid Ordubadi - 150” və “Əhməd Cavad - 140” və “Aida İmanquliyeva” adlı elektron məlumat bazalarını hazırlayaraq istifadəçilərə təqdim etməsi məsələsinə də toxunulub. Özündə 30-a yaxın bölməni əhatə edən bu elektron bazaların hər biri kitabxananın rəsmi saytında yerləşdirilib.

Tədbirdə cari il ərzində kitabxanada təşkil olunan tədbirlər də müzakirə edilib. Bu müddət ərzində kitabxanada müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünyaşöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Heydər Əliyev - müstəqil Azərbaycanın qurucusu və memarı” adlı tədbir təşkil olunub. Eyni zamanda tanınmış yazıçı, şərqşünas, psixoloq Rövşən Abdullaoğlunun iştirakı ilə “Müasir gəncliyin mütaliə mədəniyyəti. Kəsişən qütblərin müzakirəsi”, “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş “Milli qurtuluş. Zəfəryolu”, Cəfər Cabbarlının ev-muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalqımızın milli istiqlal mübarizəsinə böyük töhfələr vermiş görkəmli vətənpərvər şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə “Çırpınırdın, Qara dəniz”, görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin 85 illik yubileyi münasibətilə “Kərkük sevdalısı Qəzənfər Paşayev 85” adlı tədbirlər keçirilib. Həmçinin ETİ-nin şöbə müdiri, tarixçi alim, dosent Ziyad Əmrahovun “İrəvan quberniyasının tarixi (1850-1917-ci illər)”, Moskvada yaşayan soydaşımız, yazıçı-publisist Ulduz Qasımın son zamanlarda çapdan çıxmış üç kitabının - “Qarabağda qiyamət”, “Ağ göyərçinlər” və “Qaçaq Aslan” , Türkiyə Prezidentinin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Qəyyumluq Şurasının və İdarə Heyətinin sədri, professor Aygün Attarın Qarabağ probleminin yaranma tarixindən Zəfər Gününə qədər baş verən hadisələri özündə əks etdirən “Qarabağ zəfəri. 44 günün pərdəarxası”, Respublika “Xatirə kitabı” redaksiyasının hazırladığı və Elvin Arifoğlunun şəhid Elcan Muradovun həyat yolundan bəhs edən “El harayına can deyən şəhid Elcan” kitablarının təqdimat mərasimləri təşkil edilib. UNEC Tələbə Elmi Cəmiyyəti və “GUYS” İctimai Birliyi ilə birlikdə “Heydər Əliyev - Azərbaycan iqtisadiyyatı və mədəniyyəti” mövzusunda dəyirmi masa və “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bu tədbirlərin hər birinə kitabxananın əsas oxucu kontinentini təşkil edən gənclər, fəal oxucular və kitabxana əməkdaşları cəlb edilib.

Budan əlavə, kitabxanada 44 gənc, həvəskar rəssamın Şanlı Zəfər tarixinə həsr etdikləri 44 ədəd rəsm əsərlərinin sərgiləndiyi “Zəfər tarixinin şanlı 44 günü” layihəsi çərçivəsində “Zəfərimiz rənglərin işığında” adlı gənc rəssamların sərgisi də təşkil olunub.

Direktor Aslan Cəfərov Gənclər kitabxanasının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edən gənclərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məsələsinə toxunaraq, kitabxana əməkdaşları tərəfindən bizə şanlı Zəfər tarixini yaşadan şəhid və qazilərimiz, müharibə iştirakçıları haqqında hazırlanan videomateriallar, məlumat bülletenləri haqqında da danışılıb.

Sonda kitabxana rəhbərliyi bir daha kitabxana əməkdaşlarını təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb: “Növbəti ildə oxucu kontingentinin mütaliə tələbatlarının ödənilməsinə səy göstərilməli, fond buna uyğun kompektləşdirməlidir. Prezident İlham Əliyevin sərəncamları kitabxananın fəaliyyətində ana xətt kimi özünü göstərməli və kitabxanada doğma Qarabağa, Şuşaya, bizə Zəfər tarixini yaşadan qəhrəmanlarımıza həsr olunan yeni-yeni layihələr keçirilməli, materiallar hazırlanmalıdır”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Güneyxırman və Quzeyxırman kəndlərinə köçən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Üçüncü qrupda hansı ixtisaslara əlavə müsabiqə şərtləri tətbiq olunur? – DİM-dən açıqlama

Azərbaycan məktəbliləri IOI 2026-da üç bürünc medal qazanıblar

Bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Endi Börnhem özünü Trampın aparat rəhbəri kimi təqdim edən şəxslə mesajlaşıb

Komitə sədri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyəcək

Türkiyədə daşınmaz əmlakın Fəlakət Sığortası sistemi ilə əhatə olunması 58 faizə yüksəlib

Oksford Universitetinin tələbəsi “ASAN xidmət”də yay təcrübə proqramını başa vurub

TRT-nin “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı Xalq artisti Elza İbrahimovaya həsr olunub

Bu ilin yanvar-iyul aylarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4963 cinayət faktı aşkarlanıb

Azərbaycan U-15 millisi UEFA İnkişaf Turnirində son oyuna çıxıb

Yaxın Şərqdəki istehsalçıların Körfəzdən böyük həcmdə neft göndərməyə davam etdiyi bildirilir

Qarabağ və Şərqi Zəngəzurun dini-mədəni irsi araşdırılır

Almaniyadan könüllü geri qayıdanların sayı artıb

Naxçıvan Regional DOST Mərkəzi: sosial xidmətlərdə “bir pəncərə” və vətəndaş məmnuniyyəti VİDEO

Naxçıvan Regional DOST Mərkəzi: sosial xidmətlərdə “bir pəncərə” və vətəndaş məmnuniyyəti VİDEO

İsveçdə meteoroloq çatışmazlığı yaranıb - işə təqaüdçülər cəlb olunur

Azərbaycanın iki cüdoçusu İspaniya Superkubokunda qızıl medal qazanıb

Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Mütəxəssis izah edir

“Yuventus” Qulyelmo Vikario transferinə yaxındır

Cavid İsmayılov: Naxçıvan Dövlət Universitetində yeni yataqxana kompleksinin tikintisi tələbələrin sosial rifahını yaxşılaşdıracaq

Kolleclərə qəbul olanların nəzərinə: qeydiyyat prosesi başlanır

Sabah hava əsasən yağmursuz keçəcək

İstanbul UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

Türkiyədə plastik çirklənmə ilə mübarizəyə dair “yol xəritəsi” hazırlanır

Qazaxıstanda Azərbaycan komandasının da iştirak etdiyi gənc müfəttişlərin toplantısı davam edir

“Rheinmetall” Almaniya ordusu üçün əlavə 149 mobil tibbi yardım məntəqəsi hazırlayacaq

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çimərliklərdə təhlükəsizlik necə təmin olunur? – Xilasedicilərin məsuliyyəti, bəzi vətəndaşların biganəliyi VİDEO

Çimərliklərdə təhlükəsizlik necə təmin olunur? – Xilasedicilərin məsuliyyəti, bəzi vətəndaşların biganəliyi VİDEO

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçisinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Siyəzəndə restoran yanıb

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşüb

“Gəncə” yerli basketbolçu transfer edib

“Neftçi” Azərbaycan Premyer Liqasındakı uğursuz start seriyasına son qoyub

“Sumqayıt”da 4-cü, Premyer Liqada 71-ci legioner

Üçüncü ixtisas qrupu üzrə qəbul statistikası və plan yerləri açıqlanıb

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında növbəti qələbəsini qazanıb

Ben Şelton “Masters” seriyalı turnirdə çıxışını başa vurub

Baş prokuror Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək

Ekspert: Azərbaycanda kənar dövlət maliyyə nəzarəti rəqəmsallaşdırılır

Bu il Azərbaycan 55 milyon dollarlıq metanol ixrac edib

Onqat Avropa çempionu: İllərin təcrübəsi və düzgün hazırlıq öz sözünü dedi - MÜSAHİBƏ

Yeddi ayda ixrac edilən xam neft və neft məhsullarının həcmi açıqlanıb

Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var

İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Prabovo Subiantoya

Ötən ay əlilliyə görə pensiya alanların sayı açıqlanıb

Azərbaycan millisinin basketbolçusu “Neftçi”yə keçib

“Yuventus” Kolumbiya millisinin futbolçusunu transfer edib

“Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul elan olunub

Salyanda yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alınıb

BŞTİ: Yeni təmayül tədris modelinə peşəkar müəllimlər seçilir

Azərbaycanın ixrac etdiyi neft koksunun həcmi 34 faizdən çox artıb

Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq

® “Bir”in korporativ süni intellekt yanaşması ABŞ-də keçirilən “Ai4 2026”da təqdim olunub

Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında elmi əməkdaşlığın perspektivləri müəyyənləşdirilib

Naxçıvan Cənubi Qafqazın gələcək regional inkişafı baxımından mühüm rol oynaya bilər

İmişlidə partlayış zamanı xəsarət alan usta Bakıya təxliyə olunub

“Latsio” İtaliya Kubokunda ilk mərhələdə mübarizəni dayandırıb

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb VİDEO

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb VİDEO

Kənar Dairəvi yolda qəza olub, Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb

Bakıda axşam konsertləri davam edir VİDEO

Bakıda axşam konsertləri davam edir VİDEO

MSİM-in ədliyyə sistemində süni intellekt yanaşması beynəlxalq peşəkar müzakirədə diqqət çəkib

DİM: İxtisas seçimi ərizəsini təsdiqləyənlərin sayı 59 minə çatır

Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafikinə dəyişiklik edilir

Rusiya regionları üzərində 205 PUA vurulub, altı nəfər həlak olub

Üçüncü ixtisas qrupu üzrə müsabiqədə iştirak hüququ qazananların sayı açıqlanıb

Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb

Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Bu ilin yeddi ayında Azərbaycan təbii qaz ixracını artırıb

Portuqaliya millisinin baş məşqçisi: Azərbaycan voleybol yığmasının hücum potensialı yüksəkdir – EKSKLÜZİV

General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb VİDEO

General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb VİDEO

Sənət səmasında sönməz məşəl: Müslüm Maqomayev

FHN: Ötən həftə ərzində 685 yanğına çıxış olub, 46 nəfər xilas edilib VİDEO

FHN: Ötən həftə ərzində 685 yanğına çıxış olub, 46 nəfər xilas edilib VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Azərbaycan Premyer Liqasında ilk tura “Qarabağ”ın oyunu ilə yekun vurulur

Astarada narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 110-a çatdırıb

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocavənd sakini: Ora bizim üçün əzizdir, şirindir VİDEO

Xocavənd sakini: Ora bizim üçün əzizdir, şirindir VİDEO

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cəlilabadda Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili yanıb VİDEO

Cəlilabadda Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili yanıb VİDEO

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bundan gözəl, bundan sevincli günlərimiz hansı ola bilər? VİDEO

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bundan gözəl, bundan sevincli günlərimiz hansı ola bilər? VİDEO

Şuşa sakini: Doğma torpaqlara fəxr və qürur hissi ilə qayıdırıq VİDEO

Şuşa sakini: Doğma torpaqlara fəxr və qürur hissi ilə qayıdırıq VİDEO

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb VİDEO

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb VİDEO

Kaliforniyada meşə yanğını: Sakinlər təxliyə edilir

Conni Depp "Karib dənizinin quldurları-6" filmində rol ala bilər

Seutada yüzlərlə miqrant sığınacaq tələbi ilə etiraz aksiyası keçirib

Ronaldu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb

“Tvente”nin kapitanı: Bizi pley-offda “Qarabağ”la iki əla oyun gözləyir

Meşə yanğını ilə əlaqədar Almaniyanın Monşau şəhərində əhalinin təxliyəsinə başlanılıb

Tramp Koreya Respublikası ilə birgə hərbi təlimlərin miqyasının azaldılması barədə tapşırıq verib

İndiana ştatında fırtına və daşqınlar nəticəsində 7 nəfər ölüb

Ölkənin bir sıra rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır