CƏMİYYƏT


Goranboy rayonunun Faxralı kəndində Şəhidlər bulağı istifadəyə verilib

Bakı, 21 iyun, AZƏRTAC

Goranboy rayonunun Faxralı kəndində Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin xatirəsinə inşa edilən xatirə bulağının açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində şəhidlərin doğmaları, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları, rəsmi şəxslər, ağsaqqallar iştirak ediblər.

Tədbirdə əvvəlcə Faxralı kəndinin şəhidlərinin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib. Sonra bulaq kompleksinin açılışı olub.

Milli Məclisin deputatı Anar Məmmədov Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaətdən danışaraq, xalqımızın şəhidlərimizlə, qazilərimizlə qürur duyduğunu bildirib. Vətənin azadlığı uğrunda mərdliklə döyüşən Faxralı kəndinin sakinlərinin qəhrəmanlığından danışan deputat diqqətə çatdırıb ki, şəhid ailələrinə diqqət və qayğı göstərilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən birini təşkil edir.

Faxralı kənd ağsaqqalı Sahir Qurbanov çıxış edərək bildirib ki, dünyanın heç bir yerində şəhid ailələrinə Azərbaycandakı qədər diqqət və qayğı göstərilmir. Şəhid ailələri dövlət tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunur, şəhid adının əbədiləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Xalqımız da şəhidlərin xatirəsini hər zaman uca tutur, şəhid ailələrinə hər zaman diqqət və qayğı ilə yanaşır. Şəhidlərin xatirəsinin uca tutulması xalqımızın tarixən formalaşdırdığı milli-mənəvi dəyərlərin mühüm tərkib hissəsidir.

Sonda şəhidlərin ailə üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.