DÜNYA


İranın təhlükəsizlik qüvvələri 3 terrorçunu məhv ediblər

Tehran, 13 oktyabr, AZƏRTAC

Bu gün İranın Kirmanşah vilayətində qanunsuz yollarla ölkə ərazisinə keçməyə çalışan bir dəstə terrorçu ilə İslam İnqilabının Keşikçiləri Korpusunun nümayəndələri arasında silahlı toqquşma baş verib.

AZƏRTAC xəbər verir ki, silahlı toqquşma zamanı 3 terrorçu məhv edilib, digərləri isə hadisə yerindən qaçıblar. Məhv edilən terrorçuların üzərinə baxış keçirilib və silah-sursatla yanaşı, xəritə də aşkar edilərək götürülüb.

Hazırda araşdırma aparılır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.