CƏMİYYƏT


İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib

İstanbul, 30 avqust, AZƏRTAC

Avqustun 30-da İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi, İstanbulda fəaliyyət göstərən Dünya Azərbaycanlıları Yazarlar və Media, eləcə də İstanbul Azərbaycan Dostluq dərnəklərinin təşkilatçılığı ilə baş tutub. Aksiya çərçivəsində 844 nəfər olmaqla ümumilikdə 210 ailəyə maddi yardım göstərilib.

Yardım göstərilənlərin əksəriyyəti 1990-cı illərdə İstanbula gələn və burada məskunlaşan ailələrdir. Hazırda COVID-19 pandemiyası ilə əlaqədar bəzi iş yerlərinin fəaliyyətinin müvəqqəti dayandırılması bütün dünyada olduğu kimi, onların da gündəlik həyatına mənfi təsir göstərib. Mövcud vəziyyəti Diasporla İş üzrə Dövlət Komitəsi nəzarətə götürüb və onlara lazımi yardımlar göstərilir.

Bu günədək qeyd edilən dərnəklərin birgə təşkilatçılığı ilə ümumilikdə mindən çox ailəyə yardım edilib. Bu ailələrin 39-u tənha analar, 18-i isə doğuşdan əlilliyi olan uşaqlı ailələrdir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.