ELM VƏ TƏHSİL


Kopenhagen Universitet Kollecinin alimləri ADPU-da pedaqoji prosesin təhlili mövzusunda seminar keçiblər

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-tədris mərkəzi tərəfindən Danimarkanın Kopenhagen Universitet Kollecinin (UCC) mütəxəssisləri ilə birgə pedaqoji prosesin təhlili, auditoriyanın idarə edilməsi mövzusunda seminar təşkil edilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, seminar UCC-nin mütəxəssisləri Peter Mikael Hansen, Klaus Bruun və Jesper Haydeman Langhoff tərəfindən keçirilib.

Seminarda mövzu və fənlərlə əlaqəli nümunələr, didaktika, təhsildə davamlılıq aspektləri, Danimarka məktəbi və təhsil sistemi ilə bağlı mövzulara toxunulub.

Sonda mövzu ilə bağlı suallar səsləndirilib, müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.