ELM VƏ TƏHSİL
Murat Tosun: Azərbaycan öz elmi, alimləri ilə hər zaman dünyada tanınıb
Bakı, 27 avqust, AZƏRTAC
“Riyaziyyat və onun tətbiqi” Beynəlxalq Avrasiya Konfransı indiyədək Avropanın Asiyanın müxtəlif şəhərlərində keçirilib. Səkkizinci konfransın bir türk dövlətində, Bakıda keçirilməsi xüsusilə qürurvericidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Riyaziyyat və onun tətbiqi” Beynəlxalq Avrasiya Konfransının beynəlxalq təşkilat komitəsinin sədri, Türkiyənin Sakarya Universitetinin professoru Murat Tosun deyib.
O bildirib ki, konfransın məqsədi riyaziyyat sahəsində tanınmış alimlərin fikir mübadiləsini təşkil etmək, onları birgə tədqiqatlar aparmaq üçün əlaqələndirməkdir. Konfransın Bakıda keçirilməsində digər məqsədimiz isə Bakı Dövlət Universitetinin 100 illik yubileyinə öz töhfəmizi verməkdir.
“Azərbaycan öz elmi, alimləri ilə hər zaman dünyada tanınıb. İnanıram ki, konfransımız uğurlu keçəcək, məruzələrdə riyaziyyata dair yeni fikirlər əldə edəcəyik. Bakı konfransının nəticələrinin yaddaqalan olacağına əminəm”, - deyə Murat Tosun qeyd edib.