ELM VƏ TƏHSİL


Nazir Emin Əmrullayev beynəlxalq konfransda məktəbəqədər təhsildən danışıb

Nazir Emin Əmrullayev beynəlxalq konfransda məktəbəqədər təhsildən danışıb

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Erkən uşaqlıq dövründə qayğı və təhsil” beynəlxalq konfransı çərçivəsində təşkil olunmuş siyasət, idarəetmə və maliyyə üzrə yüksək səviyyəli sessiyada çıxış edib.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Nazir çıxışında Azərbaycanda məktəbəqədər təhsilin əhatəliliyinin və keyfiyyətinin artırılması istiqamətində görülən işlər və əldə olunan uğurlar barədə tədbir iştirakçılarına məlumat verib. Emin Əmrullayev qeyd olunan sahələr üzrə beynəlxalq əməkdaşlığın, eləcə də təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.