İDMAN


“Neftçi” Premyer Liqanın 35-ci turunun açılış matçında “Kəpəz”i məğlub edib

“Neftçi” Premyer Liqanın 35-ci turunun açılış matçında “Kəpəz”i məğlub edib

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də “Kəpəz”-“Neftçi” oyunu ilə futbol üzrə Azərbaycan Premyer Liqasının XXXV turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun açılış matçında paytaxt təmsilçisi 3:1 hesabı ilə qələbə qazanıb. Kamran Əliyevin idarə etdiyi oyunda hesabı ilk hissənin sonunda (45+3) “Kəpəz”in heyətində Abdullahi Şuaybu açıb. “Neftçi” hesabda geri düşməsinə baxmayaraq, Ataa Caber (65), Ömər Buludov (87) və Kilan Lebonun (90+4) qolları sayəsində qələbə qazanıb.

Tur çərçivəsində keçiriləcək digər dörd qarşılaşma mayın 22-də oynanılacaq. Çempionluğunu ötən turda rəsmiləşdirən “Qarabağ” komandası “Azersun Arena”da “Sumqayıt”ı qəbul edəcək. “Səbail” klubu “Turan Tovuz”un, “Qəbələ” isə “Şamaxı”nın qonağı olacaq. Çempionatın XXXV turuna “Sabah” – “Zirə” matçı ilə yekun vurulacaq.

Hazırda Ağdam klubunun aktivində 87 xal var. “Sabah” 80 xalla ikinci, “Neftçi” 65 xalla üçüncü sıradadır. Sonrakı yerləri “Qəbələ” (48 xal), “Zirə” (46 xal), “Turan Tovuz” (38), “Kəpəz” (30), “Sumqayıt” (28), “Səbail” (25), “Şamaxı” (24) qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.