SİYASƏT


Pakistanın İspaniyadakı səfiri: Ermənistan sülh şərtlərini qəbul etməlidir

Madrid, 28 sentyabr, AZƏRTAC

Azərbaycan və Pakistan iki qardaş ölkədir.

Bunu AZƏRTAC-a müsahibəsində Pakistanın İspaniyadakı səfiri Şujat Ali Rathore bildirib.

“Biz işğal olunmuş torpaqların azad edilməsi uğrunda şəhid olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Biz həlak olan qəhrəmanların analarına borcluyuq. Ümid edirəm ki, bütün bölgədə uzunmüddətli və möhkəm sülh bərqərar olacaq. Ermənistan sülh şərtlərini qəbul etməlidir və Ermənistanı özünə dost hesab edən ölkələr onu bu danılmaz şərtləri qəbul etməyə çağırmalıdır. Beləliklə də, bölgədə sülh və firavanlıq hökm sürəcək", - deyə Ş.Rathore vurğulayıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.