Pedaqoji Universitet Türkiyənin ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirir
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Bartın Universiteti və Kayseri Universitetinin rəhbərliyi ilə görüş keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər əməkdaşlıq imkanlarını müzakirə ediblər.
ADPU-nun rektoru professor Cəfər Cəfərov və Bartın Universitetinin rektoru Orxan Uzun “Erasmus+” və “Mövlanə” mübadilə proqramları üzrə müqavilə və qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıblar. Eyni zamanda, rektor C.Cəfərov və Kayseri Universitetinin rektoru Qurtuluş Qaramustafa universitetlər arasında akademik əməkdaşlığa dair protokol imzalayıblar.